Belarus İranla hərbi əməkdaşlığa başlayır
Bölmə: Siyasət › ,Tarix: 18:46 02.08.2023
Belarus və İran yeni hərbi əməkdaşlığa başlayır. Belarusda İranın “Shahed” pilotsuz uçuş aparatlarının istehsalına başlanıla bilər. Bu barədə tərəflərin müdafiə nazirlərinin görüşündən sonra ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Məsələdə maraqlı məqam ondan ibarətdir ki, İran bir müddətdir Rusiyaya silah tədarükünə görə qərbin hədəf taxtasındadır.
İranın briqada generalı Məhəmməd Rza Aştiani ilə Tehranda səfərdə olan belaruslu həmkarı Viktor Gennadieviç Xrenin əməkdaşlıq haqqında memorandum, həmçinin ikitərəfli hərbi əməkdaşlıq planı imzalayıblar. Qərbli analitiklər bu hərbi əməkdaşlığın daha böyük planlara hədəfləndiyini irəli sürür. Belarusda “Shahed” istehsalına dair razılaşma əldə oluna bilər. Bəs Rusiya ilə sıx əlaqləri olan İran dron istehsalı üçün niyə məhz Minski seçir? Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, Belarus Rusiyanın çox yaxın müttəfiqidir. Və Ukraynada müharibə etmir, müharibə vəziyyətində deyil. Və ehtimal edirlər ki, beynəlxalq ictimaiyyəti yanıltmaq üçün Belarus ərazisində ikinci bir ölkə ərazisində PUA istehsal etməklə, İranı beynəlxalq sanksiyalardan yayındırmaq və yaxud qorumağa çalışırlar”.
Əslində İran və Belarusu həm də ortaq problemlər birləşdirir. Hər iki tərəf qərbin sanksiyaları ilə üz - üzədir. Ancaq yeni əməkdaşlıq onlara qarşı təzyiqləri daha da artıracaq. Siyasi şərhçi Fikrət Sadıxov yeni qadağaların əməkdaşlığı zəiflədə biləcəyi ehtimalını zəif hesab edir. Deyir ki, yeni sanksiyalar tətbiq olunacaq. “Mən düşünürəm ki, şəxsən Belarusun prezidentinə özəl sankisyalar da tətbiq ediləcək. Və bu da təbii ki onları dayandırmayacaq. Çünki onlar artıq heç bir şey itirmir. Onlar artıq oyunun içindədir. Və bu geoisiyasi oyunun genişlənməsi onların iştirakı ilə gedəcək”.
Həmçinin Belarusda mümkün dron istehsalının İran üçün iqtisadi cəhətdən sərfəli olduğu düşünülür. Ancaq bir məqamı da xatırlatmaq lazımdır ki, Tehran sanksiyaların tətbiqinə görə burdan əldə etdiyi qazancı da itirə bilər.
Fidan