Ermənistanın "şou"su danışıqları ləngidir
Bölmə: Siyasət › ,Tarix: 20:12 02.08.2023
İrəvan Xankəndinə daha 2 yük maşını göndərib. İçində şirniyyatın olduğu bildirilən maşınlar Laçın sərhəd məntəqəsinə göndərilib. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, bu yüklər laçın sərhəd məntəqəsindən buraxılmayacaq. Yüklər yalnız Ağdam-Xankəndi yolu ilə daşına bilər.
Ermənistanın bu cəhdləri bölgədə, iki dövlət arasında münasibətlərin nizamlanmasına deyil, daha da gərginləşdirilməsinə aparan addımdır. Humanitar yardım adı altında Ermənistanın pozuculuq fəaliyyəti, şou düzəltməsi danışıqların gedişatını, müsbət nəticələr əldə olunmasını uzada bilər.
Bir sıra ölkələrin və beynəlxalq təşkilatların da Ermənistana dəstək verməsi, bu şounu dəstəkləməsi vəziyyəti daha da qəlizləşdirir.
Lakin Ermənistan və onun havadarları anlamalıdır ki, bu cür addımlarla Azərbaycanı, onun siyasi rəhbərliyini mövqeyindən döndərmək mümkün deyil. Azərbaycan Qarabağdakı ermənilərə yardımın Ağdam-Xankəndi marşurutu ilə aparılmasını təklif edib. Biz bu təklifdə qalırıq. Başqa variantların, xüsusən də Laçın-Xankəndi yolunun gerçəkləşdirilməsi tələbi ölkəmizin suverenliyinə qarşı qəsddir. Ermənistanın bunu başa düşməsi və mənasız tələblərdən, şou düzəltmək cəhdlərindən əl çəkməsi lazımdır.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi