Bu müsahibənin ən böyük mesajı məhz Şuşada verilməsidir

Bölmə: Siyasət › ,
Tarix: 10:19 03.08.2023

"Bu müsahibənin ən böyük mesajı məhz Şuşada verilməsidir". Bu sözləri Ayaz Mirzəyev Euronews-un xəbərinə münasibət bildirkən Facebook statusunda qeyd edib. Həmin statusu təqdim edirik:

 

Azərbaycan Prezidentinin müsahibəsinin arxa fonunda işğalçı Ermənistan tərəfindən dağıdılmış Xurşidbanu Natəvanın ev-muzeyi görünür. Bu muzeyin dağıntıları qarşısında həm də qardaş Türkiyə ilə tarixi Şuşa bəyannaməsi imzalanıb.

 

Xarici medianın müharibədən sonrakı dövrdə, xüsusilə Şuşamıza müxtəlif səbəbləri bəhanə gətirərək çəkilişə getmək istəməməsi, bu səfərlərdən yayınması faktlarını şəxsən görmüşəm və eşitmişəm…



Amma indi “Euronews”un məhz Şuşada müsahibə götürməsindən əldə olunan təəssürat odur ki, gec-tez hər kəs tarixi ədalətlə hesablaşır.

 

Bizim prinsipial mövqeyimizə sadiqliyimizin nəticəsi məhz budur.