Ərdoğan və Putin arasında telefon danışığı - DETALLAR
Bölmə: Siyasət › ,Tarix: 12:56 03.08.2023
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən kritik telefon danışığı baş tutub. Taxıl sazişi məsələsi görüşün əsas mövzularından olub.
İnformator.az xəbər verir ki, liderlər Moskvanın taxıl müqaviləsinin uzadılmasına razı olmadığını bəyan etməsindən 5 həftə sonra ilk dəfə diplomatik təmas qurublar. Bu danışığı həm də gələcək görüş üçün hazırlıq hesab etmək olar. Belə ki, Ərdoğanla Putinin görüşəcəyi ilə bağlı razılığın əldə edildiyi bildirilir. R.T. Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu ifadə edib. O, həmçinin sülh körpüsü hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Fikir ayrılıqlarına baxmayaraq, prezidentlərin ikitərəfli tərəfdaşlığa böyük əhəmiyyət verdiyi düşünülür. Siyasi şərhçi Orxan Nəbiyevin sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin fərqli bloklarda olsalar belə, bu iki şəxs arasında şəxsi münasibətlər var, şəxsi inam var: "Bir-birləri haqda çox müsbət fikirdədilər və Rusiya prezidentinin Rəcəb Tayyib Ərdoğan barəsində bildirdiyi məsələ ondan ibarətdir ki, əgər şəxsən söz verilibsə, Rəcəb Tayyib Ərdoğan tərəfindən bu yerinə yetiriləcək”.
Siyasi şərhçi Turab Rzayev deyir ki, həmin səfər ərəfəsində ən azından bu məsələ telefonda olduğu kimi yenidən gündəmə gətiriləcək və prezident Ərdoğan maksimum çalışacaq ki, yenidən taxıl sazişinə qayıdılsın: "Bu məsələ ən azından Rusiya Ukrayna arasında sülh prosesində Rusiyanın digər dünya ölkələri ilə hansısa şəkildə yenidən münasibətləri normallaşmasında müsbət bir amil kimi istifadə olunsun”.
Aysel