Paşinyan bəyanatları ilə vəziyyəti daha da gərginləşdirir - ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:43 03.08.2023

Azərbaycan XİN Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verdi:

"Paşinyan avqustun 3-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə "Laçın" sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsləsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir".

 

Paşinyan bu bəyanatları ilə həm vəziyyəti gərginləşdirir, həm də erməni xalqını sürətlə uçuruma sürükləyir. Erməni baş nazir Azərbaycanın, onun rəhbərinin sülh təklifi ilə bağlı çıxışlarını, bəyanatlarını düzgün qiymətləndirməlidir.


Vəziyyətdən çıxış yolu avropalılara, amerikalılara şikayət etmək deyil. Onlar bu durumda nə isə edə bilməzlər. Vəziyyətdən düzgün çıxış yolunu göstərə və durumu düzəldə biləcək şəxs Azərbaycan prezidentidir.


"Humanitar fəlakət" şousunu bitirmək, yenidən danışıqlar masasına qayıtmaq, mövcud problemləri beynəlxalq hüquq çərçivəsində həll etmək lazımdır.


Paşinyan Qərbdəki havadarlarına çox arxayın olmasın. Danışıqlar orda getsə də, proses və problem burda həllini tapır.

 

Mübariz Göyüşlü