Rusiyanın Qarabağda "sülməramlı siyasəti" - ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 13:32 04.08.2023
Rusiyanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlı missiyası 2020-ci il Bəyanatının şərtlərinə zidd fəaliyyət göstərir. Ruslar qanunsuz erməni silahlı birləşmələrini tərkisilah edib bölgədən çıxartmaq əvəzinə əksinə onlara dəstək verirlər.
Ruslar bununla bölgədə vəziyyəti gərginləşdirir, Rusiya dövlətinin aqressor, işğalçıya dəstək verən ölkə imciini daha da gücləndirirlər. Rusiya bununla yanaşı, eyni zamanda özünün Cənubi Qafqazdakı gələcək perspektivinə, maraqlarına da ciddi zərbə vurur.
Rus sülhməramlılarının iş ancaq erməniləri qorumaq deyil. Onlar eyni zamanda həmin ərazidən didərgin salınmış azərbaycanlı məcburi köçkünlərin qayıtmasını da təmin etməlidir. Bunun qarşılığında onlar qanunsuz erməni silahlə birləşmələrinə silah və digər dəstək verirlər.
Rusiya belə davam edəcəyi təqdirdə bölgədə sülh və sabitliyin qarantı olduğunu deyil, gərginlik yaradan tərəf olduğunu təsdiqləmiş olur. Belə olduğu təqdirdə 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat Rusiya tərəfindən, onun destruktiv əməlləri nəticəsində qüvvədən düşə bilər.
Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi