Ceyhun Bayramov: "Laçın postu qeyri-leqitim deyil"

Bölmə: Siyasət › ,
Tarix: 14:56 04.08.2023

Azərbaycan-Ermənistan arasında sülh prosesi, Azərbaycanla Ermənistan arasında danışıqların cari vəziyyəti və perspektivləri ABŞ-ın Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə xarici işlər naziri Ceyhun Bayramov arasında da müzakirə edilib.

 

Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin, kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb. Bununla yanaşı, guya Azərbaycanın, erməni sakinləri blokadada saxladığı, Laçın sərhəd buraxılış məntəqəsinin qeyri-legitim olduğu barədə iddiaların əsassız olduğu vurğulanıb.

 

Ermənistanın Laçın yolunda və sərhəd buraxılış məntəqəsinə qarşı təxribatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Nazir həmçinin, Azərbaycanın erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirib.