Rusiya-Ukrayna müharibəsi pilotsuz dəniz aparatlarını gündəmə gətirdi
Bölmə: Siyasət › ,Tarix: 19:51 04.08.2023
Moskva Qara dənizdəki gəmilərinə pilotsuz dəniz aparatları ilə ən azı iki hücum cəhdinin dəf edildiyini açıqlayıb. Pilotsuz dəniz nəqliyyat vasitələri nədir? Bu aparatlar necə işləyir?
İnformator.az xəbər verir ki, Rusiya Qara dənizdəki gəmilərinə pilotsuz dəniz aparatları ilə ən azı iki hücum cəhdinin dəf edildiyini və bu hücumların arxasında Ukraynanın olduğunu iddia edir. Ukrayna bu ittihamları rədd etsə də, pilotsuz uçuş aparatlarından səmərəli istifadə edən Kiyevin dənizdə də oxşar texnologiyadan istifadə etdiyi və bunun Qara dənizdəki vəziyyəti dəyişə biləcəyi məlumdur. Məlumata görə, Kiyev pilotsuz dəniz gəmilərinin üzərində sınaqlara Rusiya-Ukrayna müharibəsindən sonra başlayıb.
Siyasi şərhçi Leonid Sakanovski bildirib ki, Krım körpüsünə son hücum hər kəsi dəniz dronlarının roluna diqqət yetirməyinə səbəb oldu: “Bunlar sualtı və su üstü müasir müharibə vasitələridir. İlk növbədə bilirik ki, Ukraynanın dəniz pilotsuz dronları var. Bunlar işlənib hazırlanır və tətbiq edilir. İkinci isə böyük Britaniya və Amerika birləşmiş ştatları bizə müəyyən miqdarda müxtəlif təyinatlı dəniz dronları verib”.
Nəzarət və ya hücum üçün istifadə edilən bu vasitələrin ölçüləri, eləcə də xüsusiyyətləri bir-birindən fərqli ola bilər. Onlar düşmən gəmilərinə casusluq etmək və ya batırmaq, həmçinin minalardan təmizləmə missiyaları üçün istifadə edilə bilər. Gəmilərdə kameralar var ki, bununla da görüntülər operatora ötürülür. Əgər gəmi uzaq yeri hədəf alacaqsa, onun marşrutu əvvəlcədən aparata yüklənir. Bununla belə, aparatlar aydın yer məlumatları olmadan hərəkət edən hədəfləri tapmaqda çətinlik çəkirlər. Ancaq aparatlar bir çox uzaqmənzilli raketlərdən daha ucuzdur. Vasitənin sürətli istismara verilməsi və tam təlim keçmiş komanda olmadan istifadə olunması kimi üstünlükləri var. BBC-nin araşdırmasına görə, Ukrayna bu günə qədər Rusiyanın Sevastopol və Novorossiysk limanlarına ən azı 10 hücum həyata keçirib.
Hərbi ekspert Elxan Şixəliyev deyir ki, Qara dənizdə istifadə olunan pilotsuz uçuş aparatlarının modifikasiyası maqura 5 modifikasiyası istanbuldakı sərgidə də sərgilənmişdi: “Və görünən odur ki artıq bu puaları daşıya bilən kreyser də hazırdır və Qara dənizdə həm pilotsuz uçuş aparatlarını daşıyan gəminin mövcudluğu, həm də bu aparatların ən azından iki nəfərlik heyətlə tətbiqi baxımından sadə olması Ukrayna silahlı qüvvələrinin Qara dənizdə keçirəcəyi əməliyyatlarda əlini gücləndirəcək”.
Ukraynanın bu vasitələrdən istifadəsi dəniz müharibəsində yeni eranın başlanğıcı hesab olunur. Xüsusilə Rusiyanın hərbi dəniz qüvvələrinin zəif olduğu şəraitdə. Rusiya Ukrayna müharibəsində Ukraynanın güclü donanması olmasa da, Kiyev bu gəmilər sayəsində Moskvanın Qara dənizdə tam hökmranlığının qarşısını ala bilib.
Aysel