Ermənistan-Türkiyə arasında sərhəd mövzusu yenidən gündəmdə

Bölmə: Siyasət › ,
Tarix: 19:59 04.08.2023

Qardaş Türkiyə və Ermənistan arasında olan sərhəd yenə diqqət mərkəzindədir. Sərhədlərin açılmasına Türkiyə tərəfi elə də maraqlı olmasa da Rəsmi İrəvan üçün eyni şeyi demək olmaz. 


Son günlər Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Müzakirəyə səbəb olan məsələ erməni mətbuatında çıxan məlumatlardır. Belə ki ötən aydan Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndi ərazisində yeni gömrük binalarının tikintisinə başlanılıb. Əslində iki ölkənin sərhədində yerləşən Marqara keçid məntəqəsi iyulun ikinci yarısında açılmalı idi. Lakin indiyədək ölkələr arasında sərhədlər açılmayıb.

 

Mütəxəssislər bildirirlər ki, Ermənistanın təxribatçı addımları heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə kömək etməyəcək. Rəsmi Ankara üçün sərhədlərin açılması nə iqtisadi, nə siyasi olaraq elə də mühim addım hesab edilmir. Digər tərəfdən İrəvanda açılan “Nemesis abidəsi” də prosesin normallaşmasına mane olan amillər sırasındadır. Ekspertlərin sözlərinə görə Türkiyənin əksinə Ermənistan üçün proses daha vacibdir. Çünki iqtisadi olaraq  böyük qazanc əldə etmək imkanı var.  


Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, bizim üçün Türkiyədən aslı olan Ermənsitan daha yaxşıdır: "Ümumillikdə isə Zəngəzur koridorunun açılması ilə yolunun bir qanadıda bir hissəsi məhz Naxçıvana bir hissəsidə Marqara keçid postundan istifadə etməkdən Türkiyə ilə iqtisadi olaraq ciddi zəmin yaradacağı qənaətindədirlər. Biz bunun tərəfindəyik". 


Mütəxəssislərin sözlərinə görə sərhədlər Ermənistanın Azərbaycanla bağlı mövqeyinə uyğun olaraq da açıla bilər. Bu da indiki zamanda çətin prosesdir. Ermənistan regionda sabitliyə zəmanət verməlidir ki, sülh addımları atılsın. 

 

Fidan