Avropa İttifaqı bu ölkəyə sanksiyaları artırdı
Bölmə: Siyasət › ,Tarix: 12:35 07.08.2023
Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib.Buna səbəb Belarusun Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsidir. Bununla da Rusiyanın sanksiyalardan Belarus vasitəsilə yan keçməsinin qarşısını alacağı qeyd edilib.
İnformator.az xəbər verir ki, Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketini təqdim edib. Sanksiyalar Rusiya-Ukrayna müharibəsində Belarusun iştirakına cavab olaraq qəbul olunub. Yeni sanksiyalar, xüsusən hərbi-texniki inkişafa töhfə verən bir sıra yüksək həssas mal və texnologiyaların Belarusa ixracına qadağa qoyur. Avropa Komissiyasının rəhbəri Ursula Von Der Leyen deyir ki, Kremlə sanksiya təzyiqləri lazım olduğu qədər davam edəcək: “Biz artıq Rusiyaya hərbi yardım göstərən “müttəfiqlərinə” diqqət yetirməliyik. Kiyevə gəldikdə isə Ukrayna ehtiyac duyduğu hər şeyi, o cümlədən ən müasir hava hücumundan müdafiə sistemlərini almalıdır”.
Belarus müxalifətini təqib edən təhlükəsizlik qüvvələri, müxalifətçilərin saxlandığı islah koloniyalarının indiki və keçmiş rəhbərləri də İttifaqın məhdudiyyətlərinə məruz qalıb. Fiziki şəxslərlə yanaşı, Belarusun Minsk Elektrotexnika Zavoduna, Belarus Metallurgiya Zavodu və Belneftexim sənaye kompleksinə də sanksiyalar elan edilib.
Siyasi şərhçi Artem Şraybman sanksiyaların dəyişdirdiyi rejimlər mövcuddur: “Məsələn, Liviya rejimi sanksiyalara görə güzəştə getdi, təyyarəni partlatdıqlarına görə bütün dünyada axtarışda olan terrorçuları təhvil verdi. Eləcə də Qəddafi, İran rejimi beynəlxalq təcridlə üzləşdikləri üçün nüvə proqramını dayandırdılar. Keçmişdə Lukaşenkonun özü də sanksiyaların ləğvinə nail olmaq üçün siyasi məhbusları azad edib. Digər tərəfdən isə sanksiyalar nə Putinin, nə də Lukaşenkonun müharibədə iştirakını dayandırmadı. Ancaq bununla belə, əgər bu sanksiyalar olmasaydı, onların daha çox pulu olardı və onlar ukraynalıları daha çox öldürə bilərdilər”.
2022-ci ilin oktyabrında Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatında” iştirak etdiyini etiraf edib. Rəsmi olaraq Belarus ordusu Rusiya-Ukrayna müharibəsində iştirak etməsə də, Lukaşenko Rusiya qoşunlarının keçidi və müvəqqəti yerləşdirilməsi üçün ərazi təmin edib. Məhz burada Ukraynaya zərbələr endirilir. Avropa İttifaqının əvvəlki sanksiyalar paketində bəzi şəxslərə və təşkilatlara məhdudiyyətlər qoyulmuşdu. Bundan əlavə, Belarusla ticarət məhdudlaşdırılıb. Belarus bankı "SWIFT" beynəlxalq ödəniş sistemindən çıxarılıb, ölkənin mərkəzi bankının əməliyyatları qadağan edilib, maliyyə axını məhdudlaşdırılıb”.