Ermənilərin yeni şousu başlaya bilər

Bölmə: Siyasət › ,
Tarix: 14:03 07.08.2023

Ermənistanın növbəti şousu başlaya bilər. Onlar “mülki ermənilərin” Laçın postuna doğru yürüşünü təşkil etmək istəyirlər. Artıq Xankəndidə hazırlıq gedir. Bu dəfəki aksiyanın bir fərqli tərəfi də var.

Erməniləri aksiya üçün Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Bununla erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər. Ermənistan bu şousu ilə dünyaya Xankəndidə məskunlaşan əhalisinin ac olduğunu, Azərbaycanın onlara ərzaq daşınmasına mane olduğu təəsüratını yaratmağa çalışır. Lakin göz önündə olan bir fakt var.

Bu aksiyanın digərlərindən fərqi qadınların iştirakı olacaq. Belə ki, “ictimai fəalların” açıqlamasında aksiya zamanı güc və zorakılıq tətbiq olunmayacağı, aksiyada qadınların da iştirak edə biləcəyi bildirilib. Bu da onu deməyə əsas verir ki, hər hansı hadisə baş verdiyi təqdirdə Ermənistan Azərbaycanı günahlandırmağa çalışacaq.

Baş verə biləcək hadisələrə görə məsuliyyət Ermənistanın üzərindədir. Keçirilən aksiyaların nəticəsinə gəldikdə isə miqyası və əsassız istəkləri bunun da nəticəsiz qalacağını göstərir.