Çin və Qərb arasındakı gərginlik qlobal təhlükə yaradır
Bölmə: Siyasət › ,Tarix: 14:46 07.08.2023
Çin və Qərb arasında qol güləşi müxtəlif coğrafiyalarda nizamı dəyişib. Oxford Economics-in apardığı sorğuya görə, geosiyasi gərginlik qlobal iqdisadiyyatlar üçün böyük təhlükə yaradır. Sorğuda iştirak edən biznes subyeklərinin təxminən 36%-i hazırda geosiyasi gərginliyi əsas risk hesab edib. Bundan əlavə Çinin qlobal yüksəliş riskində artımı zəifləyib. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu geosiyasi gərginliklərdən daha çox Koviddən sonra Çinin iqtisadi bərpa sürəti azalıb.
Geosiyasi balansın pozulması, münaqişələr bir çox ölkələrdə yüksək hətta hiper inflyasiyalara gətirib çıxarır. Dünyada ən yüksək inflyasiya 190 faizlə Livandadır. Livanı 156 faizlə Venesuela, 139 faizlə Suriya, 102 faizlə Argentina izləyir. Azərbaycanın qərb qonşusu Türkiyə də yüksək inflyasiya ilə mübarizə aparan dövlətlərin sırasındadır. Ölkədə ilin sonuna qədər inflyasiyanın 53 faizə çatması proqnozlaşdırılır. İqtisadi qanunauyğunluğa əsasən inflyasiyanın artımında tələb və təklif arasındakı disbalans rol oynayır. Tələbin artması fonunda istehlak xərcləri, investisiyaların axını qiymətləri yüksəldir. Bununla paralel istehsal xərclərinin artımı və ya əmtəə qiymətlərindəki bahalaşma da inflyasiyaya səbəb olan amillər sırasında yer alır. Hazırda dünyada müşahidə edilən yüksək inflyasiyanın kökündə geosiyasi risklər, münaqişələr dayanır.
Ekspertlər hesab edir ki, inflyasiya qlobal orta səviyyədə sürətlə aşağı düşür. 2022-ci ildəki 8,7 faizdən bu il 6,8 faizə enib. Proqnozlara dünya iqtisadiyyatının beşdə birini təşkil edən Çində inflyasiyanın gözləniləndən aşağı olması təsir göstərir. Doğrudur, 96 ölkədə inflyasiya nəzərdə tutulandan yüksəkdir, lakin Çin burada istisnasıdır. Bundan əlavə, müxtəlif risklər - dövlətlərin borc məsələsi var. Xüsusilə, aşağı gəlirli, yüksək faiz dərəcələri olan ölkələrdə. Bu da onları başqa dövlətlərdən mailiyyə dəstəyi almağa sövq edəcək.
Son statistikaya görə, hazırda dünyanın ən böyük iqtisadiyyatlarına sahib 4 ölkə geosiyasi gərginliklərin birbaşa iştirakçıları deyil. Bu sıraya 23 trilyon 315 milyard dollarla Birləşmiş Ştatlar, 17 trilyon 734 milyard 62 milyon dollarla ÇİN, 4 trilyon 940 milyard 877 milyon dollarla Yaponiya, 4 trilyon 259 milyard 934milyon dollarıa Almaniya daxildir. Bu ölkələr geopolitik konfliktlərdə tərəf tutsa da iqtisadiyyatları yüksəlməyə davam edir.
Leyla