ABŞ və Nigerin hərbi mövqeyi dəyişilməz qalır

Bölmə: Siyasət › ,
Tarix: 14:49 07.08.2023

“Birləşmiş Ştatların Nigerdəki hərbi qüvvələrinin mövqeyində heç bir dəyişiklik yoxdur”. Pentaqon tərəflər arasında tərəfdaşlığın davam etdiyini açıqlayıb. Halbuki rəsmi Vaşinqton amerikalı hərbçilərin Niger qüvvələri ilə əməkdaşlığı dayandıra biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Ancaq Bayden administrasiyası həm cihadçılar, həm də Vaqner qruplaşmasının bölgədə yayılmasına qarşısını almaq üçün qoşunları bu ölkədə saxlamaqda qətiyyətlidir. Bununla belə dünyada terrorizmin episentri adlandırılan bölgədə ABŞ qüvvələri üçün həyat gündən günə çətinləşir. Çünki çevriliş liderləri amerikalılardan hər uçuş üçün icazə tələb edir. Bundan başqa ölkəyə və xaricə uçuşlar məhdudlaşdırılıb. Amerikalı komandirlər hər dəfə təyyarəyə yanacaq doldurulduqda sənədə imza atmalıdır. 



Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, hazırda ABŞ-ın Nigerdəki hərbi qüvvələrinin mövqeyində və ya siyasətində heç bir dəyişiklik yoxdur. Nigerdəki qüvvələrimiz baza əməliyyatlarını davam etdirmək və xidmətlərin funksionallığını təmin etmək üçün Niger qüvvələri ilə əməkdaşlığa davam edir. Onlar bazalarda qalırlar. Əgər bazadan getmələri üçün bir səbəb varsa, əlbəttə ki, şərtlər imkan verdiyi təqdirdə bunu edirlər. Ancaq təhlükəsizlik səbəbilə əsasən bazalarda qalmaları vacibdir. Biz vəziyyəti yaxından izləməyə davam edirik. Diqqətimizi məsələnin diplomatik yolla həllinə yönəlmişik”.

 

Leyla