Kirbi: "ABŞ demokratiyanı qorumaqda Niger xalqına kömək edəcək"

Bölmə: Siyasət › ,
Tarix: 15:15 07.08.2023

"Birləşmiş Ştatlar Niger xalqına zəhmətlə qazandıqları demokratiyanı qorumaqda kömək etməyə sadiqdir". Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi belə deyib. Onun sözlərinə görə, Vaşinqton Nigerdə tezliklə sabitliyin təmin olunması üçün lazımi addımlar atacaq.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi Niger xalqına demokratiyanı qoruyub saxlamağa kömək etməyə davam edəcəklərini bəyan edib: “Demokratik dəyərləri, qanunun aliliyi üçün konstitusiya quruluşunu və insan haqlarını, o cümlədən dinc toplaşmaq hüququnu dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. Biz prezident Barzumun və ailəsinin təhlükəsiz şəkildə azadlığa buraxılmasına çağırış edirik. Biz həmçinin Qərbi Afrika ölkələrinin İqtisadi Birliyinin, Afrika İttifaqının və regiondakı digər hökumətlərin bu böhrana vasitəçilik etmək səylərini dəstəkləyirk”.