Entoni Blinken BMT ölkələrinə çağırış etdi
Bölmə: Siyasət › ,Tarix: 15:18 07.08.2023
ABŞ dövlət katibi Entoni Blinken Birləşmiş Millətlər Təşkilatındakı bütün ölkələri Rusiyaya Qara dənizdən şantaj vasitəsi kimi istifadəni dayandırmağı deməyə çağırıb.
Bu barədə o, BMT Təhlükəsizlik Şurasının "münaqişə nəticəsində yaranan aclıq və ərzaq təhlükəsizliyi" ilə bağlı iclasa sədrlik edərkən danışıb. Blinken bu cür yollarla əsassız, vicdansız müharibənin aparmağın düzgün olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, Birləşmiş Ştatların hazırladığı və 90-a yaxın ölkənin qəbul etdiyi "müharibə silahı kimi qidadan istifadənin və mülki əhalinin aclığını müharibə taktikası kimi istifadəsinin qarşısını almaq" layihəsinin öhdəliklərini dünya ölkələri yerinə yetirməlidir:
“Aclıq silah olaraq istifadə olunmamalıdır. Mən bütün BMT-yə üzv dövlətləri bu kommunikəyə qoşulmağa çağırıram. Biz həmçinin aclıqla mübarizə və aclığın qarşısını almaq üçün yardımı əhəmiyyətli dərəcədə artırmalıyıq. Ötən il Dünya Ərzaq Proqramı üçün ianələr 48% artıb. Təkcə Birləşmiş Ştatlar Dünya Ərzaq Proqramının büdcəsinin təxminən yarısını maliyyələşdirərək 7,2 milyard dollardan çox vəsait ayırıb. Bu və digər səylər keçən il dünyanın qıtlığın qarşısını almağa kömək etdi. Lakin bu il 171 milyon insana yardım çatdırmaq üçün 25 milyard dollar xərcləməli olduğunu təxmin edir”.
Ənvər