Zaxarova: Kreml Qara dəniz təşəbbüsünün ikinci hissəsinin icrasini gözləyir
Bölmə: Siyasət › ,Tarix: 15:43 07.08.2023
“Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.
“Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman BŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər”, deyə Zaxarova teleqram kanalında BŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişinə cavab verərkən qeyd edib.