Ciddədə Ukraynaya yol göründü
Bölmə: Siyasət › ,Tarix: 15:23 08.08.2023
Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə keçirilən “Ukrayna Sülh Formulu” müşavirlərində alternativ sülh planı təqdim edilib.
İnformator.az xəbər verir ki, toplantıda 40-dan çox ölkə iştirak edib. Rəsmi Kiyevə görə, Ciddədəki danışıqlar faydalı olub. Diplomatik mənbələrin məlumatına görə, plan Ukraynanın ərazi bütövlüyü, cəbhədə atəşkəs, BMT-nin himayəsi altında sülh danışıqlarının başlaması, həmçinin əsirlərin mübadiləsini əhatə edir. Təşəbbüs barədə Rusiyanın da məlumatlandırıldığı bildirilir. Qeyd olunur ki, Rusiya görüşə dəvət almayıb. Rəsmi Moskva Ciddədəki danışıqları bəzi ölkələri Kiyevi dəstəkləməyə inandırmaq üçün uğursuz cəhd kimi qiymətləndirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın fikrincə, bu görüş anti-Rusiya koalisiyasını birləşdirmək üçün bir sıra dövlətlərin səmimi niyyətlərindən istifadə etmək cəhdidir: “Hazırda çox sayda müxtəlif təşəbbüslər təklif olunur. Biz tərəfdaşlarla əlaqə saxlayırıq. Səudiyyə Ərəbistanının keçirdiyi tədbirə gəldikdə isə əgər bu, Qərbə “Zelenski planı”nın dalana dirəndiyini anlamağa kömək edərsə, faydalı olacaq”.
İştirakçı ölkələr arasında Qərb dövlətləri ilə yanaşı Rusiyaya dəstək verməkdə ittiham edilən Çin, bitərəf mövqedə qalmağa çalışan Hindistan, Braziliya və Cənubi Afrikanın da daxil olduğu 42 ölkənin nümayəndələri var. Bu, onların Ukraynada sülh məsələsində ortaq prinsip ətrafında ilk görüşüdür. Görüşün Ukraynanın təkcə Qərb ölkələrinin deyil, həm də münaqişədə tərəf tutmaq istəməyən Qlobal Cənub ölkələrinin dəstəyini almaq üçün diplomatik axtarışlarının bir hissəsi olduğu düşünülür: “Biz çox yaxşı başa düşürük ki, müharibə bununla bitməyəcək. Ancaq bu bizim üçün vacibdir ki, ölkələr öz statuslarını neytraldan Ukrayna ilə müttəfiqliyə keçirsin. Digər tərəfdən isə Putin Ərəb mətbuatı ilə, xüsusilə Afrika mətbuatı ilə hər görüşdə deyir ki, o sülhə hazırdır. Ancaq bu yaxınlarda o, Polşanı günahlandırdı, dedi ki, Polşa Ukraynanın qərbini ələ keçirmək istəyir. O özünün Ukraynanı işğal etdiyi gerçəyini demir, başqalarını günahlandırır. Səudiyyə Ərəbistanı hər kəsə göstərmək istəyir ki, o yalan danışır. Və bununla da o öz üzərinə böyük öhdəlik götürmək istəyir ki, bununla da qazanclı olacaq”.
Analitiklər deyir ki, ya Putin bu düsturu qəbul edəcək ki, bu da Səudiyyə Ərəbistanına böyük üstünlük verir. Beləcə, Səudiyyə Ərəbistanı siyasi çəki qazanacaq, regionda gərginlik azalacaq, nəhayət, taxıl Ərəbistan ərazilərinə gedəcək ki, bu çox lazımlıdır. Səudiyyə Ərəbistanı Rusiya haqqında düşünmür. O digər ölkələrlə olan münasibətləri haqqında düşünür.
Qərb ölkələri daha çox Ukraynanı dəstəkləsələr də, bir sıra dövlətlər müharibədə tərəf tutmaqdan imtina edirlər. Qlobal iqtisadiyyata təsirini nəzərə alaraq münaqişənin tezliklə bitməsini istəyirlər. Ekspertlər Çinin iclasda iştirakını vacib məsələ kimi qeyd etsə də, bunun Pekinin müharibə ilə bağlı siyasətində ciddi dəyişikliyə səbəb olacağı gözlənilmir. Pekinin Ukraynada sülh üçün üçüncü görüşü dəstəklədiyi də bildirilir.
Aysel