Çin Rusiya ilə hərbi təlimlərə başlayır
Bölmə: Siyasət › ,Tarix: 15:56 08.08.2023
Çin və Rusiya yeni təlimlərə başlayır. Alyanska yaxınlığında keçirilməsi nəzərdə tutulan təlimlə bağlı Birləşmiş Ştatlar narazılığını bilidirsə də, tərəflər hələlik iradları cavabsız qoyub.
Hərbi ekspert Elxn Şıxəliyevin sözlərinə görə, Rusiya və Çinin Alyanska yaxınlığında birgə dəniz təlimləri diqqətləri yenidən bu iki ölkənin üzərinə çəkib. Rəsmi Vaşinqton təlimin istər Alyaskada, istərsə də ABŞ-ın şərq sahilində keçirilməsindən aslı olmayaraq, sərhədə yaxın bu cür davranışları doğru hesab etmir.
“Çinin Avropa İttifaqına verdiyi mesaj ondan ibarətdir ki bundan sonrakı mərhələdə Çin öz təhlükəsizliyini də Rusiya ilə bərabər görür. Əslində Rusiya ilə Çin bir cəbhədədir, bir blokdadır kimi görüntü yaradır. Təbii ki Birləşmiş Ştatları da bu narahat edir. Əsas hədəflərindən biri Rusiya deyildi, Çin idi. Çinin iqtisadi və hərbi gücünün artması NATO blokuna daxil olan ölkələri çox narahat edir”.
Siyasi şərhçi Turab Rzayev deyir ki, Çin Rusiya-Ukrayna müharibəsində rəsmi Moskvanı dəstəkləyən əsas tərəfdir. Bu, Qərbi narahat edən əsas məsələyə çevrilib: “Əlbəttə ki, Alyaskada belə bir təlimlərin keçirilməsi Birləşmiş Ştatlar üçün çox böyük bir çağırışdır. Birləşmiş Ştatlara açıq hədəf göstərirlər. ABŞ-ın bundan narahat olması və Alyaska yaxınlığını tərk edib həmin silahlı birləşmələri tələb etməsi boşuna deyil. Eyni zamanda Birləşmiş Ştatların torpaqlarında belə bir hərbi təlim keçirilməsi Birləşmiş Ştatlardan qorxmadığını nəzərə ala bilərik”.
Onu da qeyd edək ki ABŞ-nin Şimal Komandanlığının nümayəndəsi Rusiya və Çinin Alyaska sahillərində patrul apardığını təsdiqləsə də, gəmilərin sayını tam açıqlamayıb. ABŞ Hərbi Dəniz Qüvvələri Rusiya və Çin gəmilərini ABŞ sularından uzaqlaşdırmaq üçün dörd esmines yerləşdirməyi qərara alıb. Həmçinin "P-8 Poseidon" təyyarəsi də təlimi izləyir.
Fidan