Ərdoğan-Putin görüşündən GÖZLƏNTİLƏR

Bölmə: Siyasət › ,
Tarix: 16:00 08.08.2023

Ərdoğanla Putin arasında keçirlən görüşdə Qarabağ məsələsinin, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusunun müzakirə olunacağı şübhəsizdir. Lakin bu görüşün, görüşdən əldə olunan nəticələrin Qarabağdakı separatizmi bitirəcəyi inandırıcı görünmür.


Əslində Rusiya və ruslar üçün bölgədə qalmağın ən gözəl perspektivi Qarabağda separatizmi tam şəkildə bitirmək, erməni separatçılarına və terrorçularına verilən dəstəyin kəsilməsidir. Əminəm ki, Ərdoğan bunu Rusiyadan və Putindən tələb edir. Lakin Rusiya köhnə siyasətlə getməkdə davam etməklə durumu gərginləşdirir.


Hər belə görüşlərdə Türkiyə və Rusiya liderləri arasında Azərbaycanın və onun problemlərinin müzakirəyə çıxarılması özlüyündə müsbətdir. Bu təmasların qalması lazımdır. Qarşılıqlı anlaşma və dialoq güclənərsə, düşünürəm ki, Rusiyanı, onun liderini və siyasi-hərbi elitasını Cənubi Qafqazdakı, Azərbaycan Ermənistan arasındakı məsələlərin tənzimlənməsində doğru istiqamətə yönləndirmək mümkün ola bilər.

 

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi