İsveçdən Türkiyəyə növbəti təxribat
Bölmə: Siyasət › ,Tarix: 17:07 08.08.2023
İsveçdə Türkiyəyə qarşı növbəti dəfə təxribata əl atılıb.Türkiyə Xarici İşlər Nazirliyi hadisəni sərt şəkildə qınayıb. Nazirlik PKK və ona bağlı qrupların hərəkətlərinin qarşısının alınması ilə bağlı İsveç hökumətinin üzərinə götürdüyü öhdəlikləri xatırladıb. Türkiyə Sokholmda ilk dəfə hədəf alınmır. Daha əvvəl İsveçin NATO-ya üzvlüyü məsələsinin gündəmə gəlməsilə bənzər hadisələr baş verib.
Stokholmda PKK və YPG tərəfdarları Ankara əleyhinə şüarlar səsləndirərək İsveçin NATO-ya üzvlük müraciətinə qarşı çıxıblar. Onlar həmçinin Türkiyənin şərtlərinin qəbul edilməməsini tələb ediblər. Etirazlarla bağlı açıqlama verən Türkiyə Xarici İşlər Nazirliyi İsveç hökümətinin məsələyə dərhal müdaxilə etməli olduğunu bildirib. Əslində bu, Türkiyənin Stokholmda qarşılaşdığı ilk belə hadisə deyil. Yanvarın 11-də paytaxtda tarixi bələdiyyə binası qarşısına toplaşan bir qrup terror təşkilatı nümayəndəsi aksiya təşkil edərək, Türkiyəni hədəf alan təhdidlər səsləndirib. Siyasi şərhçilər bütün bu təxribatları İsveçin alyansa üzvlüyü ilə əlaqələndirirlər. Stokholmun NATO-ya qoşulmasını istəməyənlər bununla iki tərəf arasında münasibətləri korlamağa çalışır.
Vilnüs sammitində Türkiyə prezidentinin İsveçin alyansa üzvlüyünə yaşıl işıq yandırması Sokholmun da Finlandiyanın ardınca NATO-ya daxil olacağı ehtimallarını artırıb. İndi gözlər Türkiyə Böyük Millət Məclisinin üzərindədir. Məsələ oktyabrda səsverməyə çıxarılmalıdır. Ekspertlər təxribatların bu cür davam edəcəyi təqdirdə millət vəkillərinin İsveçin NATO-ya gedən yolunu bağlayacaqlarını deyirlər.
Qeyd edək ki, martda Türkiyə Böyük Millət Məclisində Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası 276 səslə reallaşıb. Finlandiyanın NATO-ya üzvlüyü təkcə AKP və MHP tərəfindən deyil, müxalifətdən CHP və İYİ Partiyası tərəfindən də təsdiqlənib. HDP isə səsverməyə qatılmayıb.
Fidan