Rusiyadan Rumıniyaya kvota
Bölmə: Siyasət › ,Tarix: 17:12 08.08.2023
Rusiya Rumıniya diplomatları üçün kvota tətbiq edib. Rusiyanın Xarici İşlər Nazirliyi bu qərarın Buxarestin iyunda analoji qərarına qarşılıq olaraq atılmış bir addım olduğunu açıqlayıb.
Qərar ümumilikdə Rumınyanın bu ölkəyə qarşı ardıcıl olaraq həyata keçirdiyi qeyri-dost siyasəti ilə əsaslandırılır. Belə ki, iyunun 8-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarının 30 gün ərzində 50 nəfərdən çox ixtisar edilməsini tələb edib. Buxarest bu qərarın Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat kontekstində ikitərəfli münasibətlərin hazırkı səviyyəsini əks etdirdiyini bildirib. Moskva bu tələbin münasibətlərin daha da korlanmasına səbəb olacağını qeyd edib. Rəsmi Kreml Rumıniya demarşının cavabsız qalmayacağını yenicə açıqlamışdı ki, artıq qərar verildi. Bununla belə, Rumıniya Xarici İşlər Nazirliyi bildirir ki, Moskvanın qərarı Rumıniyanın Rusiyada ezam olunmuş diplomatik və inzibati heyətinə təsir göstərmir, çünki səfirlikdəki Rumınyalıların sayı artıq qoyulmuş limitdən aşağıdır.
Rusiya Federasiyasının Rumıniyadakı səfiri Valeri Kuzminin sözlərinə görə, yaxın gələcəkdə Rusiya Elm və Mədəniyyət Mərkəzinin, səfirliyin nəzdindəki məktəbin işini dayandırmaq, həmçinin bir sıra inzibati və texniki qurumları azaltmaq məcburiyyətində qalacaqlar: “Buna baxmayaraq biz diplomatik missiyanın funksional nüvəsini qoruyub saxlaya biləcəyimizə inanırıq, bunun sayəsində Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstəriləcək. Dövlətlərarası münasibətlərə, diplomatik dialoqa gəlincə, Rumıniyanın xarici siyasəti onun Birləşmiş Millətlər Təşkilatı ilə strateji tərəfdaşlığı ilə müəyyən edilir. Bir çox dövlətlər və təşkilatlar bildiyiniz kimi açıq şəkildə anti-Rusiya siyasəti aparırlar”.
Politoloq Qədir Aslanlı deyir ki, əslində isə məlum olduğu kimi Ruminiya daxil digər Avropa ölkələrinin rus diplomatları hədəf alması və tədbirlər görməsi ilə bağlı ilk addım deyil. Bu cür diplomatik problemlər hələ müharibənin başlamasından 3 ay sonra müşahidə edilirdi: “Son olaraq Buxarestdən əvvəl iyunun 10-da, İslandiya Moskvadakı səfirlik fəaliyyətinə son qoyacağını elan edib. Bundan əlavə Rusiyanın Almaniya, Moldova və bir sıra Skandinaviya ölkələri ilədə diplomatik problemleri olub. Bu ölkələr Rusiyanın diplomatlarının ölkədən çıxarılmasına qərar vermişdi”.
Ümumilikdə, 2022-ci ilin fevralından bu günə qədər Avropa ölkələrindən diplomatik ad altında işləyən 400-dən çox rus casusu çıxarılıb.
Fidan