İran separatçılar üçün kampaniyaya başladı
Bölmə: Siyasət › ,Tarix: 21:51 08.08.2023
Qarabağda guya blokadada olduğunu əlində bayraq edib dünyaya car çəkməyə çalışan ermənilər indi də təbliğat kampaniyasını İranda aparırlar.
İranda Qarabağın “blokada”sına qarşı imza toplama kampaniyasına start verilib. Sözügedən kampaniyanın “təşəbbüskarı” “Anait” jurnalının redaksiya kollegiyasının katibi Abbas İqbal Mehrandır. Artıq “Karzar.net” platforması vasitəsilə imzaların toplanmasına başlanılıb. Siyasi şərhçi Sədrəddin Soltan İranın bu hətəkətinə təəccüblənmir. Deyir ki, bu ilin aprelində Tehrandakı Müqəddəs Sarkis kilsəsində qondarma “erməni soyqırımı”nın 105-ci “ildönümü” qeyd edilmişdi. “Kampaniya üçün məhz İranın seçilməsi isə məsələnin tam başqa istiqamətidir. Çünki elə İranın özündə artıq bir ilə yaxındlr etirazalar səngimir. Tehran hakimiyyəti öz vətəndaşlarını iqtisadi böhran hüquqların tapdalanması ilə sınağa çəkir”.
Ekspertlər bütün bu cəhdlərin və kampaniyaların heç bir əhəmiyyətinin olmadığını düşünürlər. Çünki bütün beynəlxalq təşkilatlar məsələnin əslində nə yerdə olduğunu çox gözəl anlayır.
Fidan