AZƏRBAYCAN HƏQİQƏTLƏRİ FRANSA MƏTBUATINDA
Bölmə: Siyasət › ,Tarix: 16:33 09.08.2023
Laçın yolundan hazırda tibbi ləvazimatlar keçir. Humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin ermənilər qəbul etməyib. Bu fikirləri Fransanın “Le Monde” Qəzetinə müsahibəsində Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. O bildirib ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı, insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyinə əhəmiyyət verməzdi.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qərb mətbuatında yer alan Laçın yolunun bağlanması ilə əlaqədar əsassız iddialara da cavab verib. Fransanın “Le Monde” qəzetində dərc olunan müsahibədə Elçin Əmirbəyov Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvənin əraziyə yerləşdirildiyini vurğulayıb. Elçin Əmirbəyov humanitar məqsədli yüklərin Ağdam və Füzuli ərazisindən keçməsi təklifini də dəyərləndirib. O vurğulayıb ki, qondarma, üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayır. Bu barədə sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.
Elçin Əmirbəyov müsahibədə Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən bəhs edib. Onun birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.
LEYLA