PARİSİN DÜNYAYA ÇIXIŞI QAPANIR

Bölmə: Siyasət › ,
Tarix: 16:43 09.08.2023


Fransanın Avropa diplomatiyası uğursuzluğa düçar oldu. Afrika ölkələri ilə son zamanlar yaşanan hadisələrdən sonra bunu Fransız senatorların özləri etiraf ediblər. Senatorlar prezidentlə diplomatik uğursuzluqlarla bağlı məktub ünvanlayıblar. Son hadisələrdən sonra görünən odur ki, Makronun diplomatik səyləri getdikcə rüsvayçılığa səbəb olur.


Son zamanlar mövcud olduğu bütün regionlar üzrə nüfuzunu itirən Fransa indi də Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları ilə gündəmdədir. Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Fasodan sonra bu gün də Niger Fransanın şirkətlərini öz ölkəsindən çıxarıb. Afrikada bu hərəkat böyüyür, hətta ölkələrdə Fransa əleyhinə aksiyalar keçirilir. Əvvəllər Rəsmi Parislə dostluq münasibətləri ilə irəliləyən Afrika, artıq Fransanın ona vrdiyi və ya verə bilmədiyi bütün perspektivdən imtina edir. Ekspertlərin fikrincə, Afrika ölkələri bunu ən son Fransaya qarşı göstərir. “Ümumi fransız diplomatiyasında ən böyük siyasi motiv isə həm də Rusiya, Çin və ABŞ-ın qitədə təsirinin artmasıdır. Hazırda nəinki regionda həm də qitədə antifransız əhval-ruhiyyəsi güclənib. Bunu fransızların özləri belə etiraf edirlər”. 92 fransız senator Prezident Emmanuel Makrona məktub ünvanlayıb və həmin məktubda Fransanın getdikcə qüdrətini itirdiyi qeyd olunub.


Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, görünən odur ki, Makronun siyasətinin ölkəni uçuruma sürüklədiyi digər hökumət nümayəndələrini artıq narahat etməyə başlayıb. Onlar Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində də qeyri-müəyyənliyin mövcudluğundan olduqca narahatlıq duyurlar. Eləcə də qitədə fransız dilinin rolunun tədricən azalmasına da diqqət çəkiblər. “Makronun siyasəti daxildə də uğursuzluqlarla nəticələnir. Onun sosial hüququ demək olar ki, fiyaskoya uğrayıb. Siyasi islahatları demək olar ki, tənəzzül edib. Məhz parlamentolarda olanlar Makronun bu siyasətinin Fransaya Beynəlxalq mövqeyinin zəifləməsinə nüfuzunun itirilməsinə gətirib çıxardacaq. Təbii ki Makronun bu illər ərzində przidentliyi dövründə bu dövlət Fransanın həm Amerika birləşmiş Ştatları ilə, həm Afrika qitəsi ilə siyasi iqtisadi münasibətləri kəskinləşir”.


Parlamentarilər Fransanın Afrikaya baxışına və onun Parislə əlaqələrinə yenidən baxılması varinatının hazırkı situasiyada ən doğru qərar hesab edirlər. Həmçinin hazırda ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalması da fransa hökumətini ən çox narahat edən məsələlərdən biri kimi göstərilir. Mütəxəssislərin sözlərinə görə gedişat belə davam edərsə, rəsmi Parisin dünyaya bütün yolları yavaş yavaş qapanacaq. Bu isə Fransanın iqtisadi çöküşünə və təcrid olunmasına gətirib çıxardacaq.

 

FİDAN