ƏRDOĞAN İFLYASİYAYA QALİB GƏLƏ BİLƏCƏK?

Bölmə: Siyasət › ,
Tarix: 19:21 09.08.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə inflyasiyanı birrəqəmli səviyyəyə endirəcəyini deyib. Nazirlər Kabinetinin iclasında çıxış edən Türkiyə lideri iqtisadi çətinliklərdən üzü ağ çıxacaqlarına söz verib. Daha öncə də inflyasını 6 faizə qədər endirənin özləri olduğunu deyən ölkə başçısı iqtisadiyyatdakı çətinliklərin müvəqqəti olduğunu vurğulayıb. Ərdoğan bildirib ki, mövcud iqtisadi vəziyyət rəsmi Ankaranın keçmişdən qalan xroniki problemlərindəndir. Ərdoğan prosesdə güzəşdə gedilməyəcək məsələləri də sadalayıb.

İqtisadçıların fikrincə, Ərdoğanın verdiyi vədləri yerinə yetirməsi üçün kifayət qədər əlverişli mühüt var. Ötən illərdə dünyada sezilən sürətli inflyasiya bu ildən tədricən ləngiyir. Digər tərəfdən rəsmi Ankaranın seçkilərdən sonra maliyyə sahəsinə etibarlı şəxsləri təyin etməsi bu prosesi daha da sürətləndirir. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yeni hökümət və yeni hökümətə ciddi nüfuzlu şəxslərin təyin edilməsi və son iki ayda apardıqları siyasət onu deməyə imkan verir ki, Türkiyə yenidən ənənəvi mübarizə və maliyyə siyasəti üsullarına geri qayıdır. Düzdür, bunu kəskin sürətdə etmir, tədricən edir. “Müşahidə edirik ki, onlar yaranmış problemləri bir iclasda və ya bir neçə ayda həll edə bilməyəcəyini qəbul edirlər. Uzun müddətli və iqtisadiyyata ziyan vurmamamaq şərti ilə antiinflyasiya tədbirləri həyata keçirəcəklər”.

Ümumilikdə mütəxəssislər rəsmi Ankaranın iqtisadiyyata neqativ təsirləri minimallaşdırmaq üçün səylə çalışdığını qeyd edir. Türkiyənin apardığı siyasət nəticəsində inflyasiya faizinin tədricən azalacağına və türk lirəsinə etibarın artacağına inam yüksəkdir. Bütün bunlar Türkiyənin qarşısına qoyduğu hədəflərə çatacağına ümid verir.

FİDAN