ERMƏNİLƏR ARAİKİ ÖLDÜRMƏYİ PLANLAŞDIRIRLAR?
Bölmə: Siyasət › ,Tarix: 13:50 11.08.2023
Artıq ermənilər arasında Araik Arutyunyanı devirmək çağırışları səsləndirilir. Baş verən proseslərdən təngə gələn erməni əhalisi artıq buna son qoymaq istəyindədir. Mütəxəssislər bildirirlər ki, əslində prosesin bu tərzdə irəliləməsini istəyən ermənilərin xüsusi məqsədləri var. Qarabağda yaşayan əhali blokadaya düşmələrinin günahını Araik Arutyunyanda görürlər.
Siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, əslində ermənilərin planı Araik Arutyunyanı öldürərək rəsmi Bakı ilə reinteqrasiya prosesində iştirak edən şəxslərin üzərinə atmaq planını tətbiq edirlər. Ekspert deyir ki, baş verən çağırışlardan və etirazlardan sonra qondarma rejimin əhaliyə olan təzyiqləri daha da şiddətlənəcək. “Araik Arutyunyanın Qarabağdan çıxarılması sadəcə zaman məsələsidir. Amma məsələ ondadır ki, istər Ruban Vardanyan, istər Araik Arutyunyan məhz Azərbaycanın beynəlxalq axtarışa verdiyi simalardır. Bu simalardan xüsusilə Araik Arutyunyanın 3-cü ölkədə həbsi zaman məsələsidir. Araik də fərqindədir ki, gələcəyinin zəmanəti ancaq rəsmi Bakı ilə uzlaşmaqdan keçir. Amma rəsmi Bakı Araik Arutyunyanı görmək istəmir. Çünki o cinayətkardır”.
Ekspertlər bildirirlər ki, seperatçıların rəhbərinin həm Rusiya, həm də Qərblə əlaqələrini qorumaqda məqsədi var. Belə ki, bununla o gələcəyini sığortalamaq və növbəti seçkidə uğur qazanmaq niyyətindədir.
FİDAN