ERMƏNİ TOYU "HUMANİTAR FƏLAKƏT" ŞOUSUNU İFŞA ETDİ
Bölmə: Siyasət › ,Tarix: 17:14 14.08.2023
“Humanitar böhran” yaşadıqlarını və rifah səviyyələrinin “acınacaqlı” olduğunu iddia edən ermənilər Xankəndidə təmtəraqlı toy məclisi ilə gündəm olublar. Politoloq Məhəmməd Əsədullazadə deyir ki, təhlillər onu deməyə əsas verir ki, ictimaiyyəti manipulyasiya etməyə yönəlmiş qondarma erməni iddiaları təzyiqdən əziyyət çəkən “yazıq erməni” toplumu görüntüsü yaratmağa hesablanıb. “Onlar qeyd edirlər ki, “bizdə ərzaq qıtlığı var”, amma torpaq sahələri var, ondan kənd təsərrüfatında geniş istifadə edirlər. Azərbaycan da Qırmızı Xaç vasitəsilə hər an Xankəndi-Ağdam yolu ilə onlara ərzaqların daşınmasını daima qeyd edir. Yanacaqla bağlı Xankəndi küçələrində marşrutlar işləyir, taksilər işləyir. Xankəndidə restoranlar, kafelər səhərə kimi işləyir. Onlar geniş, dəbdəbəli toylar keçirirlər. Əgər ərzaq qıtlığı varsa, bunlar necə olur”.
Politoloq Xəqani Cəfərli isə hesab edir ki, ermənilər əvvəlki taktikalarının gerçəkləşmədiyini gördükdə son ümid yeri kimi, humanitar fəlakətlə manipulyasiya etməyə çalışırlar. “Dünyanın heç bir yerində demək olar ki, humanitar böhran faktiki olaraq mümkün deyil. Xarici ticarət imkanları varsa, gediş-gəliş imkanları varsa, tamamilə blokadaya alınmamış bir ərazi mövcuddursa, o ərazidə humanitar böhran faktiki olaraq mümkün deyil”.
Faktiki olaraq ermənilərin “humanitar böhran” yalanını ifşa edən toy görüntülərini Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev sosial şəbəkə hesabında paylaşaraq, münaqişənin başa çatdığını və Ermənistanın tarixin gedişatını dəyişə bilməyəcəyini qeyd edib. Siyasi analizlərə əsasən, bu tip iddialar davamlı xarakter almaqdadır. Məqsəd isə birdir: ermənilərə beynəlxalq təşkilatların hər hansısa bir formada dəstək göstərməsinə zəmin yaratmaq.
AYSEL