SİLAHI YERƏ QOYMAYAN İRƏVANIN YENİ TƏXRİBATI
Bölmə: Siyasət › ,Tarix: 17:30 14.08.2023
Bir müddətdir Azərbaycanla razılaşdırmadan Qarabağa humanitar yardım adı ilə tırlar göndərməyə çalışan və Bakının yük maşınlarını qəbul etməməsindən gileylənən Ermənistan danışıqlar yolunu seçməkdənsə, yenə silahla danışmağa üstünlük verir. Bütün bu hadisələr əslində kimin sülh tərəfdarı olduğunu göstərir.
Avqustun 11-indən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun istər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atəşə tutur. Hərbi ekspert Telman Qasımov deyir ki, sülh yönündə addımların atıldığı bir vaxtda Erməni tərəfinin sərhəddə yenidən vəziyyəti gərginləşdirmə səyləri normallaşma prosesini ləngitmə cəhdləri kimi xarakterizə edilir. “Hadisələrin bu cür davam edəcəyi təqdirdə hərbi əməliyyatlar qaçılmazdır. Mövqelərimizin atəşə tutulması haqqda xəbərlərin ardınca kaliberin yaydığı videogörüntülərdə isə qanunsuz erməni dəstələrin aktivləşməsi nəzərə çarpır. Kadrlarda Erməni dəstələrinin avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə döyüş postlarına ləvazimatlar daşıdığı görünür”.
Xatırladaq ki bir müddət əvvəl Ermənistanın humanitar yardım adı ilə sərhəddə göndərdiyi tırlar hələ də gözləyir. Çünki yüklər Azərbaycanla razılaşdırmadan yola çıxıb. Ermənistan tərəfi Bakı ilə kompromisə getməkdənsə, əksinə yeni təxribat ssenariləri yazır.
AYNURƏ