XİN: ƏRAZİLƏRİMİZDƏ QANUNSUZ YERLƏŞDİRİLƏN ERMƏNİSTAN ORDUSU HƏRBİ-MÜHƏNDİSLİK İŞLƏRİNİ İNTENSİVLƏŞDİRİB

Bölmə: Siyasət › ,
Tarix: 23:36 14.08.2023

Son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistan liderlərin 10 noyabr Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Bu barədə XİN-in yaydığı bəyanatda deyilir. Bildirilir ki, Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilən radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur.