ABŞ AZƏRBAYCANA TƏZYİQ EDİR?
Bölmə: Siyasət › ,Tarix: 14:20 15.08.2023
ABŞ-də erməni lobbisinin üzvləri Los-Ancelesdəki Azərbaycan konsulluğu yaxınlığında növbəti dəfə təxribat törədiblər. Bir qrup erməni aksiya təşkil edərək Konsulluq binasına girişi bağlayıb, çadırlar qurublar. Bu barədə tapşırığın isə məhz Ermənistandan gəldiyi ehtimal olunur. Eyni tezislər üzrə müxtəlif ölkələrdə təşkil olunan belə aksiyalarkla rəsmi İrəvan nəyə nail olmaq istəyir? Nümayişçilər Ermənistandan gələn tezislərə uyğun olaraq "blokada" ,"humanitar yardım" və ənənəvi yalan çağırışlara diqqət diqqət çəkməyə çalışıblar. Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan diasporundan istifadə edərək Azərbaycana qarşı təzyiqlərə nail olmaq istəyir. “Düşünürəm ki, bunun arxasında məhz Ermənistan dövləti durur. Ermənistan sülh proseslərinə sabotaj edir. Bununla aparılan danışıqlar prosesini pozmağa çalışır. Avropada, ABŞ-də, Latın Amerikasında başlayan bu kampaniyanın bir məqsədi var. Sülh prosesinə mane olmaq, Qarabağ iddialarından geri çəkilməmək. Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa hazır olmaq. Azərbaycana qarşı terror siyasəti həyata keçirmək”.
Los-Ancelesdəki hüquq mühafizə əməkdaşları prosesləri sadəcə kənardan izləyib, erməni lobbisinin qanunsuz əməllərini birmənalı olaraq görməzdən gəliblər. Beynəlxalq hüquq üzrə ekspert Həcər Qasımova deyir ki, bu kimi hallarda konsolluğun yerləşdiyi dövlətin aidiyyatı qurumları təhlükəsizlik tədbirləri almalı, binanın və əməkdaşlların mühafizəsini təşkil etməlidirlər. “Los-Angelesdə Azərbaycan konsolluğuna qarşı həyata keçirilən aktlar birbaşa 63-cü Konsol Münasibətləri haqda Vyana Konvensiyasının 28, 31-ci maddələrinin pozuntusudur. Yerləşmə dövləti konsolluğa öz funksiyalarını həyata keçirlə bilməsi üçün hər cür şəraitlə təmin etməlidir. Bu gün Konsolluğa girişin məhdudlaşdırılması, girişin qadağan edilməsi birbaşa Konsolluğun öz funksiyalarını həyata keçirə bilməsi üçün lazım olan şəraitdən məhrum edir. Yerləşmə dövləti Konsol nümayəndəliyinin binasını hər cür müdaxilədən, şərəf və ləyaqətinin sakitliyinin pozulması hallarının qarşısını alınması üçün bütün lazımı tədbirləri görməlidir”.
Görünən odur ki, Birləşmiş Ştatlar da hadisələrin belə inkişafında maraqlıdır. Buna ən böyük sübutu isə "Vaşinqton Post" qəzetindəndə son 10 gündə tirajlanan anti-Azərbaycan tezisləri ola bilər. Ekspertlərin fikirincə, ABŞ bu yolla Azərbaycana təzyiq edərək bölgədəki maraqlarını təmin etmək istəyir.
CAVİD