“ƏHƏMƏNİLƏRİN ETNİK KÖKƏNİ FARSLAR DEYİL”
Bölmə: Siyasət › ,Tarix: 21:23 15.08.2023
Əhəmənilərin etnik kökəni haqqında araşdırmamız var. Dünya Elmi Cameəsi bu dövləti qeyd-şərtsiz fars dövləti kimi tanıyır. Lakin Edvin Norris Əhəmənilərin Sak kökənli Arta qəbiləsindən olduğunu, Alexander Virth isə Əhəmənilərin ailəiçi danışıq dilinin Xuzi-Elam dili olduğunu qeyd edir. Bu fikirlər çox böyük suallar doğurmaqla birlikdə Əhəmənilərin Fars kimliyini də sual altında qoyur. Tarixçi Pərviz Zeynalov deyir ki, müasir dövrdə siyasi çirkabın aludəçisi olan bir sıra şəxslər tariximizi təhrif etməklə məşğuldur. Xüsusilə də, Türk millətinin tarixinə dair bir çox faktlar ya təhrif edilir, ya da ictimaiyyətə təqdim edilmir. “Bu, məyusedici haldır. Əhəmənilər məsələsi də bu kimi hallardan sadəcə biridir və mən özüm də Əhəmənilərin Anzanit Türkləri olduğunu düşünürəm. Dövlət quruluşlarında da bunu hiss etmək olur”.
Tarixçi bütün bu təhriflər və saxtalaşdırmaları mənbə çatışmazlığından daha çox, o mənbələrin oxunmaması ilə əlaqələndirir. “Elə sizin özünüzün istinad gətirdiyiniz tarixçi Edvin Norrisin əsərlərinin heç biri dilimizə tərcümə olunmayıb. Yeri gəlmişkən, Alexander Virthi də Azərbaycan gəncləri tanımırlar. Əgər bu əsərlər sistematik şəkildə tərcümə olunaraq gənclərin qarşısına hazır və anlaşıqlı şəkildə qoyulsa, çox həqiqətin ortaya çıxacağını düşünürəm. Obyektiv tarixçilərin dəyərli əsərləri tərcümə olunarsa, farslar Azərbaycan türklərinin tarixinə dil uzatmağa cürət etməzlər”.
O ki qaldı, Əhəmənilərin türk kimliyinə, Pərviz Zeynalovun sözlərinə görə, nadir insanlar bu barədə az-çox məlumata malikdir. Bu insanlar da tənqid edilmək və ya çıxdaş edilmək qorxusu ilə Antik dövr Midiya və Əhəmənilər tarixi haqqında hər şeyi deyə bilmirlər. “Azərbaycan mediasında belə bir sual qoymaqla üstü demək olar ki, açılmayan bir məsələyə toxunursunuz. Əhəmənilər zənn edildiyi kimi fars dövləti deyil. Mahmud Esat Bozkurt da Əhəmənilər ailəsinin şəxsi dillərinin Xuzi-Oğuz dili olduğunu qeyd edirdi. Bu çox əhəmiyyətli mövzudur”.
Məmmədtağıbəy Nağıbəyov