Azərbaycan Ordusu nəzarəti öz əlinə almalıdır-Necə ki, 30 illik problemi 44 günə həll edə bildi…
Bölmə: Siyasət › ,Tarix: 22:28 15.08.2023
Ermənilər hərbi sahədəki məğlubiyyətlərinin revanşını, siyasi sahədə almağa can atırlar. 10 noyabr sazişinin imzalanmasından bu günə qədər hələ də dayanmır, təğliğatların davam etdirirlər. Bütün dünyaya daim, həqiqətə uyğun olmayan, fake məlumatları sızdırmaqla, bir “lobbi” kimi fəaliyyət göstərirlər. Bunu da deyim ki, ermənilərin bu addımı, Azərbaycana qarşı zidd mövqedə duran təşkilatlar tərəfindən daim dəstəklənir. 30 il boyunca, doğma torpaqlarımızın işğalda qalmasına, kar, kor, lal olan dünya bu gün ermənilərin, uydurma fəlakət, humanitar siyasətlərinə qucaq açıb, onların hər şəkildə nazı ilə oynayır. Bununla bağlı, Beynəlxalq Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının növbədənkənar iclasları çağırılır ki, onların müraciətlərinə baxılsın. Bunların hər biri, bütün dünyada hökmranlığı ələ alan, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Əgər, BMT Təhlükəsizlik Şurası, bu gün, Azərbaycana qarşı hansısa, addımları atmağa hazırdırsa, biz, Avropa İttifaqının missiyasından nə gözləməliyik ki?
Elə Missiya gələn gündən, biz çox yaxşı bilirdik ki, onların tək məqsədi, Azərbaycanın əleyhinə saxta sübutlar toplamaq, dünyadakı ictimai rəyə təsir etmək üçün, Avropa İttifaqının adından yalandan istifadə etməkdir. Azərbaycan Ordusunun missiyaya qarşı atəş açması üçün, kifayət qədər səbəb yoxdur. Çünki onlar silahsızdır. Azərbaycanın mövqeyini dəyişməməsi, özünü daim haqlı olaraq qələmə verməsi, Ermənistan tərəfini daha da böyük təxribatlara, saxtakarlıqlara əl atmağa vadar edir. Çünki, qarşı tərəf, özü də çox yaxşı bilir ki, hər şey beynəlxalq hüquq çərçivəsində həyata keçirilsə, Azərbaycanın bütün tələbləri icra olunmalıdır. Elə buna görə də, özlərindən, “soyqırıma məruz qalırıq”, “humanitar fəlakət yaşayırıq”, “sərhədlərimizdə aqressiyalar səngimək bilmir” kimi bəhanələr dilə gətirirlər. Azərbaycan bu bəhanələrə birmənalı şəkildə fikir verməməlidir. Avropa İttifaqına Fransanın təsir imkanların hesablasaq, təbii ki, onların göndərdiyi missiyanın da bu cür saxtalıqlarla əhatə edilməsi, heç kimdə təəccüb hissi oyatmamalıdır. Azərbaycan, daim öz sözün deyərək, onların cavabını verməlidir. Bizim ən gözəl cavabımızı isə, rəşadətli ordumuz verə bilər. Azərbaycan Ordusu regionda, bütün qüvvələr nisbətin dəyişəcək qüvvə kimi yenidən çıxış etməlidir. Danışıqlar, səbr etmək, sadəcə vaxt itkisidir. Azərbaycan Ordusu nəzarəti öz əlinə almalıdır. Necə ki, 30 illik problemi, 44 günə həll edə bildik…
Sonu bilinməyən, nəticəsiz danışıqların qarşısının alınmasının yeganə yolu, Azərbaycan Ordusunun yenidən fəaliyyətə keçməsidir. Vaxt uzansa, Ermənilər hələ çox təxribata, danışıqlara əl atıb, bütün dünyanı bizə düşmən edəcək.
AĞ Partiyanın sədri Tural Abbaslı