SƏRHƏDDƏ TƏXRİBAT

Bölmə: Siyasət › ,
Tarix: 22:46 15.08.2023

   Sərhəddən yenə təxribat xəbərləri gəlib. Ermənistan silahlı qüvvələrinin bölmələri bugün saat 6 radələrindən başlayaraq Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, cavab tədbirləri görülüb.