AVROPA İTTİFAQINDAN AZƏRBAYCANA QƏRƏZLİ MÖVQE

Bölmə: Siyasət › ,
Tarix: 22:50 15.08.2023

  “Avropa İttifaqı missiyasının heç bir patrulu atışma hədəfi olmayıb”. Bu barədə qurumun hesabında yazılıb. Qeyd olunub ki, Aİ Ermənistan-Azərbaycan şərti sərhədində patrul xidməti həyata keçirir, “Aİ Brüsseli hərbi inkişaflar, o cümlədən məsuliyyət zonasında baş verən hadisələr barədə məlumatlandırır”. Ardınca nə baş verdisə bu tvit silindi, missiya üzvü kimi təqdim edilən şəxslər Azərbaycan tərəfindən atəşə tutulduqları ilə bağlı açıqlamalar verdilər. Müsahibələrdə belə onların üzü görünmür. Həqiqətən missiya üzvləri olduqları bilinmir. Bütün bunlar göstərir ki, Aİ missiyası qərəzli mövqe sərgiləyir.