PREZİDENT "DİAMED" DƏRMAN ZAVODUNUN AÇILIŞINDA İŞTİRAK ETDİ
Bölmə: Siyasət › ,Tarix: 22:55 15.08.2023
Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. İstehsal prosesi ilə yaxından tanış olan dövlət başçısına məlumat verilib ki, bir hektar ərazisi olan zavod 3 min kvadratmetr qapalı sahədən ibarətdir. Zavodda müxtəlif adlarda, geniş çeşiddə və müxtəlif həcmlərdə həyati vacib və zəruri venadaxili dərman məhlulları istehsal olunacaq. İllik istehsal gücü 20 milyon litrdir. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur. “Diamed” dərman zavodunda 100 iş yeri yaradılıb. Müəssisənin layihəsini İsveçrə şirkəti Qabaqcıl İstehsal Təcrübəsinə, istehsal xətti isə Avropa Farma-kopeyasına uyğun olaraq hazırlanıb. Yüksək texnologiya və tam qapalı sistemlə təchiz edilmiş zavodun istehsal avadanlıqları İtaliya, BŞ, Almaniya, İsraildən alınıb.