Ermənistan daha ciddi təxribatlara hazırlaşır-Hərbi ekspertdən PROQNOZ
Bölmə: Siyasət › ,Tarix: 18:17 16.08.2023
Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Bölmələrimizin sayıqlığı nəticəsində erməni hərbçilərin təxribatının qarşısı alınıb. Hərbi ekspert Azər Bayramov İnformator.az saytına açıqlamasında bildirib ki, Ermənistanın “humanitar şou” adı altında həyata keçirmək istədiyi təxribat öz nəticəsini vermədiyindən, Azərbaycan-Ermənistan şərti həmsərhəd bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağ ərazisində seperatçılar mövqelərimizi atəşə tutmağa başladılar. “Bununla kifayətlənməyən Ermənistanın həmsərhəd bölgələrə texnikalar daşıması, arteriya qurğuları yerləşdirməsi birmənalı olaraq, rəsmi Yerevanın növbəti təxribata hazırlaşmasından xəbər verir”. Hərbi ekspertin sözlərinə görə, ikinci Qarabağ Müharibəsindən 3 il ötsə də, bu müddət ərzində, Ermənistan sülh danışıqları ilə bağlı real addım atmır. “Qarşı tərəfin, silah və ordunun güclənməsinə yönləndirdiyi diqqət, onların sülh yox, revanşa yönülü olmasından xəbər verir. Bu gün, Kəlbəcər rayonu ərazisindən, kəşfiyyat-diversiya qrupunun, bölmələrimizin yerləşdiyi ərazilərə sızmağa çalışması və ordumuzun ayıq-sayıqlığı nəticəsində, sözügedən qrupun keçidinin qarşısının alınması, içlərindən bir nəfərin saxlanılması, Ermənistanın təxribat uğrunda intensiv şəkildə işləməyi deməkdir” deyən Azər Bayramov onu da vurğulayır ki, ələ keçirilən divensantın yaş qrupuna baxdıqda, burada adi çağırışçı əsgərdən söhbət getmədiyi aydın görünür. “Saxlanılan şəxs, olduqca peşəkar hərbçi, kəşfiyyatçıdır. Eyni zamanda, ordumuzun əlində cəmləşən, silah-surat, texnoloji imkanlar, Ermənistanın havadan kəşfiyyat aparmasının da qarşısın alır. Kəşfiyyatçının əsas məqsədi bölmələrimizin, silah-texnika koordinatlarının öyrənilməsi, ərazi üçün uyğun keçid yollarının baxılmasıdır”. Hərbçi ekspertin proqnozlarına görə, bu da ondan xəbər verir ki, Ermənistan yaxın günlərdə, daha ciddi təxribatlara əl atmaq üçün, fəaliyyətə keçib. “Bu gün, baş verən hadisə, bir daha sübut etdi ki, ordumuz olduqca ayıq-sayıq, düşmənin istənilən təxribatına qarşı, adekvat cavab tədbirləri həyata keçirməyə daim hazırdır”.
HƏCƏR ƏMİRASLANLI