"Qanlı Yanvar" təqdim edildi-Video

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:06 19.01.2015

Vahid Mustafayevin rejissoru olduğu "Qanlı Yanvar" filminin təqdimatı keçirilib.

20 yanvar hadisələrini əks etdirən filmin təqdimat mərasimində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, millət vəkili, yazıçı Aqil Abbas, Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Qənirə Paşayeva, müğənnilər Briliyant, Zulfiyyə Xanbabayeva, Faiq Ağayev və s. tanınmış şəxslər iştirak edib. 

Premyeraya həmçinin məşhur aktyorlar Nəbahət Çehrə və Leyn Devis başda olmaqla yaradıcı heyətin üzvləri də qatılıb.

Qeyd edək ki, "Qanlı Yanvar" bir sıra ölkələrdə də nümayiş ediləcək və beynəlxalq festivallara qatılacaq.

ANS PRESS