Elnur Hüseynov ikinci dəfə "Eurovision"da çıxış edəcək-Video
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//201502/7763330_r.jpg)
Tarix: 11:26 16.03.2015
İctimai Televiziya (İTV) bu il “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adını açıqlayıb.
Ölkəmizi müsabiqədə Elnur Hüseynov təmsil edəcək. E.Hüseynov mayın 21-də Vyanada keçiriləcək “Eurovision-2015” Mahnı Müsabiqəsinin ikinci yarım-finalında özünün mistik və müasir “Hour of the Wolf” balladasını ifa edəcək.
Qeyd edək ki, Elnur Hüseynov ikinci dəfədir “Eurovision” səhnəsinə çıxacaq. 2008-ci ildə o, Azərbaycanın müsabiqədə ilk təmsilçisi olan Elnur və Samir duetinin üzvlərindən biri idi. “Day After Day” mahnısı ilə səhnəyə çıxan duet finalda səkkizinci yerə yüksəlmişdi. Bu il fevralın 18-də isə Elnur Hüseynov beynəlxalq səs istedadları şousu - “The Voice”un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub. Müsabiqənin finalında o, şounun telesəsvermə tarixində rekorda imza ataraq bir milyondan çox səs toplayıb.