Bakıda ikinci “Bakı Novruz Salsa Festivalı” keçiriləcək

Bölmə: Mədəniyyət › ,
Tarix: 10:41 19.03.2015

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Badi-Kuba Salsa Məktəbi tərəfindən 20-22 mart tarixlərində Bakıda ikinci "Bakı Novruz Salsa Festivalı" keçiriləcək.

Mədəniyyət və Turizm nazirliyindən İnformatora verilən məlumata görə, tədbirin ustalıq dərsləri və konsert proqramı olmaqla, iki hissədən ibarət keçirilməsi nəzərdə tutulub. Konsert proqramında xaricdən dəvət olunmuş rəqs müəllimləri və yerli rəqqasların birgə hazırladıqları rəqs nümunələri də göstəriləcək.

Tədbirə ABŞ, Fransa, Almaniya, Belçika, Polşa, Ukrayna, Türkiyə, Norveç, İtaliya, Gürcüstan, Qazaxıstan və digər ökələrin dünyaşöhrətli müəllimləri dəvət olunub. Eyni zamanda tədbirdə adıçəkilən ölkələrin müəllimləri ilə yanaşı, rəqqasları da iştirak edəcək.

Məlumat üçün bildirək ki, "Bakı Novruz Salsa Festivalı" ilk dəfə 2014-cü ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.