“Qanlı yanvar” filminin təqdimatı keçirilib

Bölmə: Mədəniyyət › ,
Tarix: 11:33 20.01.2015

Gecədə dövlət rəsmiləri, mədəniyyət xadimləri, media nümayəndələri, həmçinin filmin əsas mövzusu olan 20 yanvar hadisələrinin canlı şahidləri iştirak edib. Dram janrında çəkilən ekran əsərində Bakının 1990-cı ildə yanvarın 19-dan 20-ə və 20-dən 21-ə keçən gecələri təsvir edilib. Filmdə işğalçı qoşunlara qarşı döyüşən Azərbaycan özünümüdafiə dəstələri və onların fonunda bir ailənin, eyni zamanda bütün şəhərin dramı təsvir edilib.

 

Ekran əsərinin ssenari müəllifi və rejissoru Vahid Mustafayev, operatoru Afşin Əlizadədir. Filmdə əsas rolları Faiq Mirzəyev, Rövşən Məmmədli, Azər Aydəmir və başqaları canlandırıb. Eyni zamanda əcnəbi aktyorlar - amerikalı aktyor Leyn Devis və türkiyəli aktirsa Nəbahət Çehrə də rol alıb. Film 20 yanvar tarixindən etibarən paytaxt və bölgələrdəki bütün kinoteatrlarda nümayiş olunacaq.