Telefonlar niyə qızır? -2 vacib SƏBƏB
Bölmə: Araşdırma › ,Tarix: 21:56 02.11.2023
Mobil cihazların tez-tez qızması istifadəçilərin gec-tez qarşılaşdığı ümumi bir problemdir.
İnformator.az xəbər verir ki, smartfonlar məlum səbəblərə görə qızır.
Məsələn, bu, smartfon günəş işığına və ya çox isti səthə məruz qaldıqda baş verir. Bu zaman telefonun enerji yığması da uzun çəkir. Ona görə də cihazın səthi daha da isinir.
Təbii ki, bunların hamısı ümumi səbəbdir. Vəziyyəti düzəltmək isə çox sadədir: ya mobil telefonu sərin yerdə saxlamaq, ya da cihazı çox doldurmamaq lazımdır.
Bundan başqa problemə aşağıdakı hallar da səbəb ola bilər.
Viruslar
Zərərli proqramların mobil cihaza yüklənməsi qızmaya səbəb olan əsas amillərdəndir. Çünki bu proqramlardakı viruslar cihazın batareya yükünü artırır. Nəticədə smartfonun sürəti azalır və onun səthinin temperaturu kəskin yüksəlir.
Tətbiqlər
Tez-tez yoxlanılmamış proqramların quraşdırılması da oxşar nəticələrə səbəb olur. Beləliklə, çox isinmiş bir cihazın sahibi ya lazımsız proqramları silməli, ya da antivirusdan istifadə etməlidir.
Həcər Əmiraslanlı