Ürək sağlamlığı üçün fındıq yeyin
Bölmə: Araşdırma › ,Tarix: 12:51 10.11.2023
Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.
İnformator.az bu dəfə adıçəkilən çərəzin heç vaxt eşitmədiyiniz faydalarını təqdim edir:
1. Tərkibindəki E vitamini sayəsində qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır və beləliklə anemiya riskini minimuma endirir. Qan dövranını tənzimləyir. Qışda daha çox yemək tövsiyə olunur, çünki soyuqdəymə kimi narahatlıqların qarşısını alır.
2. E vitamini ilə zəngin olması xərçəng riskini də azaldır.
3. Fındıq ürək və damarın dostudur desək, yanılmarıq.
4. Fındıqdakı bir çox fitokimyəvi maddələr beyini inkişaf etdirir.
5. Arıqlamağa kömək edir. Qəbzliyin qarşısını alır.
6. Sümükləri bərkidir. Eyni zamanda şəkər xəstələri üçün faydalı çərəzdir.
Həcər Əmiraslanlı