"Yeni F16-larla Türkiyə daha da güclənəcək"-Politoloq Elşad Hüseynovdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 11:13 08.12.2023

Məlum olduğu kimi, Türkiyə NATO üzvüdür və NATO-nun quru qoşunlarının əsas dirəyi hesab olunur. Çünki bu sahədə Türkiyə qoşunları çox sayılır -seçilir və çox güclüdür. Eyni zamanda bildiyimiz kimi Ərdoğan hakimiyyətə gəldikdən sonra Amerika ilə müəyyən problemlər olur, onların dediyi ilə oturub - durmur və Türkiyənin marağından çıxış edərək ölkəsinin marağını irəli sürür. Ona görə də ara-sıra müəyyən problemlər olur. Elə hətta Amerika ilə arada siyasi konfliktlərdə baş verir. Buna baxmayaraq NATO-nun ən güclü ordularından biri olan Türkiyə daim NATO-nun işlərində yüksək səviyyədə iştirak edir. Və NATO ölkələrinə üzvlükdə qayda elədir ki, bir ölkə icazə vermədikdə başqa bir ölkəni bu birliyə üzvlüyə qəbul etmirlər. Buna əsasən də bildiyimiz kimi İsveçdə anti-Türkiyə aksiyaları oldu, Quran dəfələrlə yanıdırldı və bütün bunlara rəğmən də Türkiyə İsveçin NATO-ya üzvlük məsələsini saxladı, orada olan problemlərin həll olunmasını istədi, PKK-nın müəyyən üzvlərinin Türkiyəyə verilməsini istədi və qismən də bu istəklərin çoxuna nail oldu. Nəhayət də təbii ki,Türkiyədə bu situasiyadan istifadə edərək ölkəsinin maraqlarını önə çəkdi və F16 -ları istədi.

 

Bu da Türkiyənin müdafiə gücünün daha da artırılması üçün vacib olan məsələdir. Ona görə də bu istəyin də təmin ediləcəyini düşünürəm deyən politoloq Türkiyədə hərbi- sənaye vəziyyətinin çox inkişaf edib gücləndiyinidə vurğuladı:

 

Politoloqun fikrincə, F16-ların Türkiyədə olması onların yeni modifikasiyasının olmasını istəyirlər: "Bu məsələ də ABŞ tərəfindən həll olunacaq və təbii ki, NATO- nun ən güclü ordusuna sahib olmaqda davam edəcək".

 

Tehran Yusifli