Kələbəcərin işğaldan azad olunmasının 4-cü il dönümüdür

Bölmə: Sosial › ,
Tarix: 21:21 25.11.2024

Bu gün Kəlbəcərin işğaldan azad olunmasının 4-cü ildönümüdür. 

 

Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycana siyasi, iqtisadi həm də hərbi baxımdan nə kimi üstünlüklər qazandırdı?

 

Mövzu barəsində politoloq Xəyal Bəşirov ‘’informator.az’’a açıqlamasında bildirib ki, 2-ci Qarabağ müharibəsindən sonra biz zamanında işğal altında olan və 30 ilə yaxın bir müddət ərzində işğal olunma günlərini ‘’qara bayram’’ kimi qeyd etdiyimiz tarixləri, artıq işğaldan azad edilmə və qələbə günləri kimi qeyd edirik:

 

‘’Hesab edirəm ki, qələbə kimi qeyd etdiyimiz günlərin də özünəməxsus tərəfləri olan tarixlər var. Bunlar 2-ci Qarabağ müharibəsində düşməni kapulyasiyaya uğradaraq, 1-ci Qarabağ müharibəsi dövründə böyük itkilər hesabına işğal altına düşən rayonlarımızın silahsız, atəşsiz işğaldan azad etməsi ilə bağlıdır. Bunlardan biri də Kəlbəcər rayonudur. Ağdam, Kəlbəcər və Laçının, biz 2-ci Qarabağ müharibəsindən sonra döyüşsüz, silahsız azad edilməsinin şahidi olduq. Bu da düşmənin kaputalisiyaya uğramasının nəticəsi idi".

 

Politoloq qeyd edib ki, bundan başqa biz Qazaxın 4 kəndinin də düşmən tərəfindən Azərbaycana təhvil verilməsinin şahidi olduq:

 

‘’Yəni bütün bunlar nümunəvi döyüş aparmaq qabiliyyətini göstərən, eyni zamanda nümunəvi şəkildə antiterror əməliyyatlarını həyata keçirən, 1 mülki şəxsi hədəf almadan bu prosesləri reallaşdıran Azərbaycan dövlətinin həm də siyasi baxımdan düşmən üzərində qələbəsini özündə göstərir. Biz düşmənin məğlubiyyətə uğramasına və bizim qarşımızda ağ bayraq qaldıraraq bəyannamə imzalamaqla daha çox qan tökülməsinin, daha çox əsgər, zabit ölümünün olmasının tərəfdarı olmadığımızı göstərdik. Bu bir daha onu göstərdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq sülhdən yanadır, Azərbaycan müharibənin tərəfdarı deyil. Əgər, Ermənistan olsaydı, Azərbaycan kimi addımları atmazdı. Azərbaycanın əsas fərqlərindən biri də Ağdamın, Kəlbəcərin, Laçının işğaldan azad edilməsinin danışıqlar yolu ilə bunu reallaşdırmağa cəhd göstərməsidir".

 

Xəyal Bəşirov qeyd edib ki, 2-ci Qarabağ müharibəsində prezidentimiz dəfələrlə öz çıxışlarında qeyd edirdi ki, bizə müharibəni dayandırmaq, döyüşləri dayandırmaq və atəşkəsi əldə etməklə bağlı çağırışlar ediblər:

 

‘’Nə zaman ki, düşmən həmin torpaqları Azərbaycana qaytaracağına dair vədlər verdi biz artıq döyüşü dayandırdıq və kaputalisiya aktını imzaladıq. Düşünürəm ki, bu birdaha bizim sülhdən yana olduğumuzu, öz torpaqlarımızı işğaldan azad edərək münaqişə səhifəsini qapatmağımızla bağlı istəyimizi göstərdi və biz buna nail olduq. Kəlbəcərin işğaldan bu şəkildə azad edilməsi çox önəmli hadisədir. Ağdamdan sonra Kəlbəcər də düşmən tərəfindən boşaldılmasına məcbur edildi. Bu bizim qələbə tariximizə qızıl hərflərdə yazıldı’’.

 

Sevinc Yarməmmədova