2023-cü ilin önəmli siyasi hadisələri-Politoloqdan AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 20:53 15.12.2023
2023-cü il dünya siyasətində müharibələr, sülh müqavilələri, danışıqlıqlarla, həm ölkəmiz ,həm də digər dünya ölkələri üçün önəmli proseslərlə yadda qaldı.
İnformator.az bu ilin ən önəmli siyasi hadisələri ilə bağlı politoloq Ramiz Alıyevə müraciət edib.
Siyasi analitik saytımıza açıqlamasında hesab edir ki, 2023-cü il ölkəmiz üçün uğurlu və düşərli il oldu.
"Bildiyimiz kimi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu uzun illər boyu arzusunda olduğumuz məsələ idi. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan torpaqlar işğaldan azad etdi, ancaq Xankəndi, Xocalı və Ağdərə seperatçıların nəzarətində idi. Biz ərazi bütövlüyümüzü tam təmin edə bilmədiyimiz üçün təəsüflənirdik, ancaq Müzəffər Ali Baş Komandanımızın yüksək intellekti, peşəkar siyasəti, "Dəmir yumruq" və Müzəffər Ordusunun olması nəticəsində 2023-cü ilin 19 sentyabrında lokal antiterror tədbirləri ilə Xankəndi və digər ərazilərimiz seperatçılardan təmizləndi, onlar silahları yerə qoydular və Azərbaycan Ordusuna təslim oldular".
Müsahib qeyd edib ki, Azərbaycan 2020-ci ildən başlayaraq zəfərə doğru gedir.
"Hesab edirəm ki, bu zəfərin davamı olacaq, qarşıdakı illərdə daha böyük uğurlar görəcəyik. Bu uğurlardan biri də 2024-cü ilin fevralın 7-də Zəfər seçkisinə gedəcəyik və Azərbaycan xalqı öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu verəcək və cənab Prezidentimizi dəstəkləyərək dövlətimizi yeni zəfərlərə aparmağa imkan yaradacaq".
Politoloq bu il ərzində dünyanın digər ölkələrində baş verən önəmli hadisərlə bağlı da danışıb:
" Dünyada isə proseslər fərqli gedir, bildiyimiz kimi, Ukrayna-Rusiya müharibəsi davam edir.
Təəsüflər olsun ki, orada mülki insanlar, uşaqlar, qadınlar həlak olur. Bu da dünya üçün təəsüfləndirici haldır.
Hesab edirəm ki, biz xalq olaraq buna görə təəsüflənirik və müharibəninbitməsini istəyirik. İsrail və Həmas arasında Fələstin torpaqlarında müharibənin olması da təəsüfləndirici haldır. Orada da xeyli sayda uşaqlar, qadınlar, yaşlılar və mülki vətəndaşlar həlak olur.
Arzu edirik ki, müharibə bu ilin son günlərində dayansın, insanlar sülh və sabitlik şəraitində yaşasın.
Bu il digər prosesləri, Afrikanın Fransa kolonyasından çıxmağa cəhd edən ölkələrini gördük, onlar Fransa hərbiçilərini öz ərazilərindən çıxarmağa başlayıblar, bu sevindirici haldır".
Ramiz Alıyev açıqlamasında əlavə edib ki, il ərzində beynəlxalq əhəmiyyətli böyük konfranslar keçirildi və dünyaya mühüm mesajlar verildi.
"Bunlardan biri də Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən iclasları oldu.
Cənab Prezident İlham Əliyev çox gözəl təkliflər irəli sürdü. Koloniya yaradan və müstəmləkəçilik siyasəti yürüdən dövlətlərə iradlar bildirildi. Bunlar gözəl hallar, addımlardır".
Müsahib hesab edir ki, növbəti il də dünya dövlətləri üçün zəngin il olacaq.
" Bildiyimiz kimi, böyük dövlətlərin bir çoxunda prezident seçkiləri keçiriləcək. Dünya ölkələrində müəyyən proseslərin başlayacaq, davam edəcək, yeni imkanların yaradılacaq. Arzu edirik ki, 2024-cü ildə dünyada müharibələr dayansın, sülh və sabitlik olsun, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi elə məhz bu ilin son günlərində bağlansın, Ermənistan bu müqavilənin bağlanmasına özü razı olsun, Fransanın və digər ölkələrin vassallığından çıxa bilsin".
Nəzrin Mirzəyeva