Hətta toxunduqda öldürür!

Bölmə: Araşdırma › ,
Tarix: 16:36 11.01.2024

Ötən gün Hatayın İsgəndərun rayonunda balon balığı yeyən 7 nəfərlik ailə zəhərlənərək xəstəxanaya yerləşdirilib.Bu hadisədən sonra mütəxəssislərdən xəbərdarlıqlar gəlməyə başlayıb.

 

Yeditəpə Universitetinin professoru Dr. Ahmet Aydın, 1 milliqram balon balığının zəhərinin 70 kilo ağırlığındakı insanı öldürə biləcəyini ifadə edərək, "Balon balığı yeyildikdə veriləcək ilk yardım çox asan deyil.Təəssüf ki, evdə edilə biləcək bir müdaxilə yoxdur. İnsan mümkün qədər tez xəstəxanaya getməlidir", deyib.

 

Bəzi mədəniyyətlərdə balon balığını yeməli etmək üçün xüsusi hazırlıq üsulları var. Bununla belə, bu hazırlıq prosesi həddindən artıq təcrübə tələb edir. Tetrodotoksin ən çox balıq ətində olur, ona görə də balon balığı yemək böyük risk daşıyır və ölümcül ola bilər.

 

Balon balığı üçün ən təhlükəsiz yanaşma uzaq durmaqdır. Toxunmaq, yaxınlaşmaq və istehlak etməkdən çəkinmək lazımdır. Bu balıqlar təbii yaşayış yerlərində valehedici ola bilər, lakin insanlar üçün ciddi sağlamlıq riskləri yaradırlar. Balon balığı zəhərlidir. Tetrodotoksin adlanan bu zəhər son dərəcə güclüdür və istehlak edildikdə ölümcül ola bilər. Bu səbəblə bu balığı ovlamaq və ya istehlak etmək son dərəcə təhlükəlidir. Balon balığına toxunmağın zərəri əslində növündən asılı olaraq dəyişə bilər. Bir çox zaman toxunduqda birbaşa zərər verməsə də, bəzi məqamlara diqqət yetirilməlidir:

 

Zəhərli orqanlar: Balığın qaraciyər, yumurtalıq və dəri kimi zəhərli orqanlarına toxunmaq risklidir.Bu orqanlardan sızan zəhər dərinizdəki yara və ya kəsikdən bədənə daxil olarsa, bu, təhlükə yaradır.

 

Təhlükənin qavranılması: Balon balığı,təhlükə hiss etdikdə şişir. Bu səbəbdən bu balığa toxunmamaq tövsiyə olunur.

 

Yaşayış mühitinin qorunması: Dəniz canlılarına toxunmaq onların təbii yaşayış yerlərini poza bilər.Toxunma xüsusilə mərcan rifləri kimi həssas ekosistemlərdə zərərli təsirlərə səbəb ola bilər.

 

Mənbə:Habertürk

Tərcümə edən:Aytac Kərimova