Bitki örtüklü antik kənd...

Bölmə: Araşdırma › ,
Tarix: 21:54 12.01.2024

Amazon meşələrində bitki örtüyü ilə örtülmüş 2500 illik nəhəng qədim şəhər aşkar edən elm adamları bu kəşfin ovçu-yığıcı kimi təsvir edilən qədim xalqlar haqqında fikirləri dəyişdirə biləcəyini bildiriblər.

 

Amazonda qədim yaşayış məskənləri kiçik idi və insanlar köçəri həyat sürüb. Alimlər müəyyən ediblər ki, aşkar edilmiş bu qədim şəhərdəki evlər və açıq səma altında ərazilər bir-biri ilə yollar şəbəkəsi vasitəsilə bağlıdır.

 

Tədqiqat qrupunun rəhbəri Fransa Milli Elm Tədqiqat Mərkəzindən prof.Dr.Stephen Rostain "Bu yer Amazonda bildiyimiz hər hansı digər qədim yerdən daha qədimdir. Bizim sivilizasiyaya avrosentrik baxışımız var, lakin bu kəşf bizə mədəniyyət və sivilizasiya haqqında düşüncələrimizin dəyişməsi lazımdır" deyir.

 

Tədqiqatın müəlliflərindən olan Antuan Dorison da öz fikirlərini bölüşərkən "Bu kəşf Amazon mədəniyyətlərinə baxışımızı dəyişdi. Burada yaşayan bir çox insan kiçik qruplar halında ovçu-yığıcı, ehtimal ki, çılpaq şəkildə təsvir edildi, lakin bu kəşf bizə göstərdi ki, insanlar şəhər həyatı yaşayırdılar" deyir.

 

Mənbə:Habertürk

Tərcümə edən:Aytac Kərimova