Zeytunun faydaları nələrdir?

Bölmə: Araşdırma › ,
Tarix: 20:40 15.01.2024

Sülhün və bolluğun simvolu olan zeytun ağacından götürülən zeytunlar yığılma vaxtından asılı olaraq yaşıl və qara zeytun şəkildə əldə edilir. Həm zeytunun özü, həm də yağı çox faydalı xüsusiyyətlərə malikdir. Zeytun faydaları nələrdir? 

 

 

Həzmi asanlaşdırır

Zeytunlarda olan E vitamini və yağ bağırsaqların daha səmərəli işləməsini təmin edir. Müntəzəm şəkildə zeytun qəbul edən insanların kolon xərçənginə tutulma riski çox aşağıdır. Zeytunun tərkibindəki liflər mədənin asan həzmini təmin edir. 

 

Saç, Dəri və Dırnaqlar üçün Qidalandırıcı

Reklamlarda tez-tez tərkibində zeytun ekstraktı və zeytun yağı olan kosmetik məhsullara rast gəlmək olar. Bu məhsulların əsas tərkib hissəsi zeytunlarda olan vitamin və minerallardır. Sabunlarda və dəri kremlərində kollagen istehsalını artırdığı və hüceyrələrin yenilənməsini təmin etdiyi üçün istifadə olunur.Zeytun ölü hüceyrələrin çıxarılmasını və yenilənməsini dəstəkləyən təbii qidadır.

 

 

Ürək Sağlamlığını qoruyur

Siz qeyri-sağlam seçimlər etdiyiniz zaman ürək xəstəliklərinə zəmin hazırlamış olursunuz. Yediyiniz qidalar damarlarınızı bağlaya bilər və ürək xəstəliyinə tutula bilərsiniz. Zeytun sizi ürək xəstəliklərindən və infarktdan qoruyan qidadır.Zeytun tərkibində doymamış yağ olduğundan qan təzyiqini tarazlayır və ürək ritmini tənzimləyir.Ürək sağlamlığını qorumaq prosesində tərkibində olan oleik turşudan faydalanır.

 

 

Bədən İnkişafını Dəstəkləyir

A, D, E və K vitaminləri ilə zəngin olan zeytun uşaqların bədən inkişafına kömək edir. Daha güclü əzələ və sümük quruluşunun formalaşmasına imkan verir. Uşaqların immun sistemi üçün təkcə zeytun deyil, zeytun yağı da təsirlidir. O, təkcə fiziki inkişafı dəstəkləmir, həm də əqli inkişafa kömək edir. Çünki zeytunların tərkibində çoxlu omeqa yağ turşuları var.

 

Fatimə Mustafayeva

Mənbə: Nefis yemek tarifleri