Klaustrofobiya nədir? -Psixoloqdan AÇIQLAMA
Bölmə: Araşdırma › ,Tarix: 19:35 19.01.2024
"Klaustrofobiya qapalı və dar alanlarda gələn qorxudur. Belə adamlar nəyinki bu vəziyyətdə qalanda hətta onu göz önündə canlandıran da belə qorxuya düşürlər". Bu sözləri informator.az-a açıqlaması zamanı Klinik Psixoloq Mədinə Rəsulzadə qeyd edib.
Klaustrofobiya barədə danışan psixoloq bildirib ki, klaustrofobiyanın yaranması fərqli-fərqli travmalara əsaslanır.
" Klaustrofobiyanı yaranması fərqli-fərqli travmalara əsaslanır, bu travmaları insan birbaşa olaraq yaşaya bilər yaxud görüb və eşidib yaşamış ola bilər. Məsələn, bir insan klastrofobiya yaradan hadisələrlə qarşı-qarşıya olur. Misal olaraq, qapı arxasında duran adamın qışqırıqlarını eşidir yaxud liftdə hər-hansı hadisə baş verir. Beləliklə, travma və bunun nəticəsində isə klastrofobiya yaranır".
Mədinə xanım qeyd edir ki, bu fobiyası olan adamlar təyyarəyə minməyə çəkinir.
"Belə hallarda insanlar təyyarəyə da minə bilmir, düşünür ki, orada havasız qalacaq . Bunun kökündə isə travma yatır. Klaustrofobiyanı həll etmək üçün kökü tapmaq və həmin hadisəyə məruz buraxmaqla onu həll etmək olar. Amma bu o demək deyil ki, fobiyası olan adamı birbaşa qapalı alana salmaq lazımdır, birbaşa olmaz. Yavaş-yavaş öyrəşdirmək lazımdır ".
Son olaraq, psixoloq vurğulayıb ki, bu kimi hallarda insanların psixoloqa müraciət etməyi arzuolunandır.
Aydan İsayeva