Yeni mikro-robotlar böyük marağa səbəb oldu

Bölmə: Araşdırma › ,
Tarix: 15:18 22.01.2024

ABŞ’da edilən son eksperimentlərdə alimlər böcək bənzəri iki mikro-robotun indiyə qədər ixtira edilən ən kiçik və ən sürətli robotlar olduğunu irəli sürüblər.

 

 

Yenilikçi ixtira olan bu “mini texnologiya” ilə gələcəkdə artıq axtarış-xilasetmə əməliyyatları, mikro-emalat, ətraf izləmə və robot dəstəkli cərrahi əməliyyatların həyata keçirilməsi mümkün olacaq. Mikro-robot ixtirasının baş developeri Trygstad mini robotun 8 milliqram, su strider robotunun isə 55 milliqram olduğunu qeyd edib. Bu robotlar saniyədə təqribi 6 millimetr sürətilə hərəkət etmə qabiliyyətinə malikdirlər. Həmçinin hazırki mikro-robotlar bənzər ölçüdəki digər canlılarla rəqabət etməkdə bir az geri qalıblar. Məsələn, bir qarışqa saniyədə 1 metr məsafə qət edə bilir.

 

 

Bu miniatür robotların əsasını təşkil edən elementlərdən biri də robotları hərəkət etdirən kiçik aktuatorlardır. Tədqiqatçılar yeni istehsal texnikasından istifadə edərək aktuatoru bu sahədə ən kiçik dəyər olan milliqramdan da aşağı salmağa müvəffəq olublar. Bu material yaddaş vasitəsilə  orijinal formasına qayıtmaq qabiliyyətinə malikdir və ənənəvi mühərriklərdən fərqli olaraq onun tərkibində hərəkət edən hissələr və fırlanan komponentlər yoxdur.

 

Tədqiqatçılar bildirirlər ki, bu aktuatorlar mexaniki cəhətdən çox möhkəmdir və mikrorobotikada yeni qapılar açır, çünki onlar çox yüngüldür

 

Əli Məmmədli